11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

HƏMAS ABŞ vətəndaşlığı olan girovu azad edəcək

11 May 2025 23:50
HƏMAS ABŞ vətəndaşlığı olan girovu azad edəcək

BAKI, AzerVoice

HƏMAS həm İsrail, həm də ABŞ vətəndaşlığına malik olan İden Aleksandr adlı girovun azad ediləcəyini təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və bu məsləhətləşmələrin nəticəsi olaraq, müsbət niyyət nümayiş etdirmək məqsədilə İden Aleksandrın azad olunmasına qərar verilib.

HƏMAS eyni zamanda bəyan edib ki, bu addım Qəzza zolağında atəşkəsə yönəlik səylərin bir hissəsi kimi qiymətləndirilməlidir. Bu çərçivədə hərəkat, Qəzzanın İsraillə sərhədində yerləşən bütün keçid məntəqələrinin açılmasını və humanitar yardımın zolağa daxil olmasına icazə verilməsini tələb edir.

Girovun azad ediləcəyi konkret tarix açıqlanmasa da, HƏMAS qeyd edib ki, Qəzzadakı vəziyyətlə bağlı intensiv danışıqlara dərhal başlamağa hazırdır və döyüşlərin dayandırılması ilə yanaşı, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi istiqamətində ciddi səylər göstərməyə qərarlıdır.

Xatırladaq ki, 15 aprel tarixində HƏMAS, İden Aleksandrın saxlanıldığı yerin İsrail tərəfindən bombalandığını və onu qoruyan döyüşçülərlə əlaqənin kəsildiyini açıqlamışdı. Həmin vaxtdan etibarən onun vəziyyəti ilə bağlı heç bir rəsmi məlumat verilməmişdi. 29 aprel tarixində isə HƏMAS-a yaxınlığı ilə tanınan Maan agentliyi xəbər vermişdi ki, Qəzzaya dair dolayı danışıqlarda İden Aleksandr da daxil olmaqla israilli girovların may ayı ərzində azad edilməsinə dair razılıq əldə olunub.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #HƏMAS #Məhbus mübadiləsi #HƏMAS girovları #Girov mübadiləsi

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10 Sentyabr 10:02
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.