6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzadan çəkilin, silahları təhvil verin - Mahmud Abbas

17 May 2025 16:08
Qəzzadan çəkilin, silahları təhvil verin - Mahmud Abbas

BAKI, AzerVoice

Qəzzadan çəkilin, silahları təhvil verin.

AzerVoice xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas Bağdadda keçirilən Ərəb Liqasının 34-cü Zirvə Toplantısında çıxış edərək HƏMAS-ı Qəzza zolağındakı nəzarətə son qoymağa və bütün silahlı qrupların silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyə çağırıb.

Abbasın bu təklifi bölgədə siyasi və təhlükəsizlik baxımından mühüm rezonansa səbəb olub.

Fələstin lideri çıxışında bildirib ki, Qəzza zolağında yenidənqurma planının maliyyələşdirilməsi və həyata keçirilməsi üçün Qahirədə beynəlxalq konfransın keçirilməsinə ehtiyac var. “Biz Qəzza zolağının yenidən qurulması planını maliyyələşdirmək və həyata keçirmək üçün beynəlxalq dəstəyə ehtiyac duyuruq”, – deyə Abbas qeyd edib.

Fələstin rəhbəri ölkədə tək qanun, vahid sistem və mərkəzləşdirilmiş ordu quruluşunun zəruriliyini vurğulayıb. O, HƏMAS-ın Qəzzaya nəzarətinin sona çatmasının həm daxili sabitlik, həm də beynəlxalq dəstəyin əldə olunması baxımından vacib olduğunu deyib.

Abbas əlavə edib ki, hazırda Qəzzada yaşanan humanitar fəlakət və İordan çayının qərb sahilində davam edən məskunlaşma fəaliyyəti regionda iki dövlətli həll modelinə ciddi zərbə vurur. O, bu siyasətlərin müstəmləkəçilik layihəsinin bir hissəsi olduğunu deyib və beynəlxalq ictimaiyyəti siyasi prosesin bərpası üçün hərəkətə keçməyə çağırıb.

Abbas gələn il Fələstin ərazisində prezident və parlament seçkilərinin keçirilməsinə hazır olduqlarını bəyan edib. “İordan çayının qərb sahili, Qüds və Qəzzada lazımi şərtlər təmin edildiyi halda seçkiləri keçirməyə tam hazırıq”, – deyə o bildirib.

Bununla yanaşı, o, islahat və inkişaf proqramları üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu və dövlət institutlarında yenilənmə proseslərinin davam edəcəyini vurğulayıb.

Zirvə toplantısı ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra keçirilib. Trampın səfəri zamanı Qəzzada atəşkəsə dair konkret çağırış etməməsi diqqət çəkib. Eyni günlərdə İsrail ordusunun Qəzza zolağında intensiv hərbi əməliyyatlar keçirdiyi bildirilir. Fələstin Səhiyyə Nazirliyinə görə, son 3 gün ərzində bölgədə 400-dən çox fələstinli həyatını itirib.

Həmçinin məlum olub ki, İsrail ordusu Qəzzada “Gideon Arabaları” adlandırılan yeni əməliyyatla fələstinlilərin bölgədən çıxarılmasını və işğalın davamlı hala gətirilməsini hədəfləyir.

Qeyd edək ki, Ərəb Liqasının Bağdad sammitində Livan, Suriya və Sudanla bağlı regional məsələlər də müzakirə olunur.

Məqalədə: #İsrail #Fələstin #BƏƏ #Səudiyyə Ərəbistanı #Qətər #Ərəb Liqası #Bağdad #Mahmud Abbas #Fələstin Səhiyyə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.