8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrailin yardım məhdudiyyətləri Qəzzanı aclıq və ölümə sürükləyir - BMT

Qəzza İsrailin qeyri-qanuni məhdudiyyətləri səbəbindən aclıq astanasındadır.

24 İyun 2025 14:07
İsrailin yardım məhdudiyyətləri Qəzzanı aclıq və ölümə sürükləyir - BMT

BAKI, AzerVoice

Qəzza İsrailin qeyri-qanuni məhdudiyyətləri səbəbindən aclıq astanasındadır.

AzerVoice xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Əl-Kheetan Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bəyan edib.

O, İsrailin tətbiq etdiyi qeyri-qanuni blokada və yardım məhdudiyyətləri səbəbilə bölgənin “aclıq astanasında” olduğunu vurğulayıb.

Əl-Kheetan bu açıqlamanı BMT-nin Cenevrədə keçirilən həftəlik mətbuat konfransında səsləndirib. O bildirib ki, Qəzzada insanlar yemək almağa çalışarkən ya ac qalmaq, ya da öldürülmək riski ilə üz-üzədir. Onun sözlərinə görə, 27 may tarixində ABŞ və İsrailin dəstəklədiyi “Qəzzaya Humanitar Yardım Fondu”nun paylama nöqtələrinə yaxınlaşan fələstinlilər İsrail ordusu tərəfindən bombalanıb və güllələnib.

BMT sözçüsü baş verənlərlə bağlı təcili və qərəzsiz beynəlxalq təhqiqat aparılmasına, məsul şəxslərin hüquqi cavabdehlik daşımasına çağırıb. O, mülki şəxslərin silahla öldürülməsinin beynəlxalq hüququn ciddi şəkildə pozulması və müharibə cinayəti olduğunu qeyd edib.

Əl-Kheetan həmçinin bildirib ki, İsrail yerli qida istehsalı və iqtisadi infrastrukturu sistemli şəkildə məhv edir, BMT və digər humanitar qurumların fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edir.

Əl-Kheetan İsraili beynəlxalq humanitar hüquqa əməl etməyə, yardımın maneəsiz çatdırılmasını təmin etməyə və BMT qurumlarının işinə qoyduğu məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb. O əlavə edib ki, üçüncü dövlətlər də işğal altındakı əhalinin ərzaq və zəruri ehtiyaclarını təmin etmək üçün məsuliyyət daşıyır.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzaya hücumları nəticəsində bölgədə genişmiqyaslı humanitar fəlakət yaşanır. İnfrastrukturun dağıdılması, aclıq, məcburi köçkünlük və blokadalarla yanaşı, İsrailin BMT-nin və beynəlxalq məhkəmələrin atəşkəs çağırışlarına baxmayaraq hücumlarını davam etdirməsi beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #səhiyyə xidməti #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

18:31
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.