10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

XİN-də MDB Baş katibinin birinci müavini ilə görüş keçirildi

19 Yanvar 2024 18:08
XİN-də MDB Baş katibinin birinci müavini ilə görüş keçirildi

Bakı. AzerVoice:

18 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerVoice-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir müavini E.Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən, bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov qarşıdakı Prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN-də MDB Baş katibinin birinci müavini ilə görüş keçirildi
Məqalədə: #Azərbaycan XİN #MDB

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.