5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

29 Oktyabr 2024 21:02
ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

Bakı, AzerVoice

ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

İlk olaraq ÜST-nin Baş direktoru doktor Tedros Adhanom Qebreyesus ilə görüş baş tutub. Görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin qurulmasına xüsusi qiymət verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də Təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin yenidən seçilmiş sədri Hans Henri Klüge ilə görüş keçirilib. Hans Henri Klugeni bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Teymur Musayev ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğunu xüsusi vurğulayıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Həmçinin, Latviyanın səhiyyə naziri Hossam Abu Merinin və Rumıniyanın səhiyyə naziri Aleksandru Rafilanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər olub. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Eyni zamanda, səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Görüşlərdə Azərbaycanın nümayəndə heyətinə xalqımızın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb. COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi bildirilib.

ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib
Məqalədə: #Səhiyyə Nazirliyi #ÜST

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib
Qətər

Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

26 Avqust 21:17
Qəzzada ölənlərin sayı 73 377-yə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

4 Avqust 18:22
Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb
Cəmiyyət

Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

27 İyul 18:16

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.