4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Zakir Həsənov ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış oldu

20 Mart 2025 15:08
Zakir Həsənov ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış oldu

Bakı,AzerVoice

Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbi qulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yeni praktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.

Müdafiə nazirinə məruzə olunub ki, hərbçilərimizin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitalda tibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.

Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.

Məqalədə: #Zakir Həsənov #Müdafiə Nazirliyi #Baş Klinik Hospital #Novruz bayramı

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Cəmiyyət

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

16 Avqust 15:23
Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib
Cəmiyyət

Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib

5 Avqust 10:50

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.