Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib
Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan və İtaliya müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Cakinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub. Tərəflər müdafiə sahəsində tərəfdaşlığın hər iki ölkənin imkanlarının artırılmasına xidmət etdiyini vurğulayıblar. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın müxtəlif sahələrdə olduğu kimi hərbi istiqamətdə də inkişaf etdiyi qeyd olunub. Görüşdə hərbi təhsil və birgə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Bakıda Azərbaycan-Türkiyə hərbi sənaye əməkdaşlığı müzakirə olunub
Zakir Həsənov Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakı araşdırılır - Zakir Həsənov
BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır.
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Ordunun şəxsi heyətini təbrik edib.
Azərbaycan müdafiə naziri Slovakiyaya rəsmi səfər edib
Zakir Həsənov Robert Kalinakın dəvəti ilə Slovakiyaya rəsmi səfər edib
Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı
Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb. Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.
Zakir Həsənov Moskvada görüş keçirdi
Zakir Həsənov Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib.
Zakir Həsənov Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Zakir Həsənov MDB üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti – 86-cı iclasında iştirak edib
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
BAKI,VOA Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib.