9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakı araşdırılır - Zakir Həsənov

BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır.

2 İyul 2026 12:42
Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakı araşdırılır - Zakir Həsənov

BAKI,VOA

BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır.

VOA-un tədbirdəki xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat” üçün yazdığı ön sözdə bildirib.

“Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır”,- deyə nazir əlavə edib.

Zakir Həsənovun sözlərinə görə, 1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 mindən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının sülhməramlı qüvvələri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə yaradılıb.

“Bu tarixi qərar ölkəmizin sülhə, beynəlxalq təhlükəsizliyə və sabitliyə olan sadiqliyinin bariz nümunəsidir”, - deyə o vurğulayıb.

Z.Həsənov bildirib ki, ölkə ağır siyasi və iqtisadi şəraitdə, ərazisinin 20 faizinin işğal altında, bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğu dövrdə belə beynəlxalq təhlükəsizliyə töhfə vermək üçün sülhməramlı qüvvələr yaratmağa nail olub.

“Azərbaycan Respublikası, bütün çətinliklərə baxmayaraq, öz iradəsini və əzmini nümayiş etdirərək beynəlxalq təhlükəsizliyə töhfə vermək istəyinin həyata keçirilməsi üçün sülhməramlı qüvvələrini yaratmağa müvəffəq oldu. Azərbaycanın ilk sülhməramlı missiyası Kosovoda həyata keçirilib, daha sonra hərbçilər Əfqanıstan və İraqda beynəlxalq missiyalarda uğurla xidmət ediblər. Sülhməramlı qüvvələrimiz iştirak etdiyi əməliyyatlarda strateji əhəmiyyətli obyektlərin mühafizəsi, humanitar yardım kolonlarının müşayiəti, ictimai təhlükəsizliyin təmin edilməsi, silahlı qruplaşmaların tərksilah edilməsi, yaralıların təxliyəsi və digər mühüm tapşırıqları yerinə yetirmişdir”, - deyə Z.Həsənov bildirib.

Nazir əlavə edib ki, hazırda Azərbaycan hərbçiləri BMT-nin Cənubi Sudan Respublikasındakı missiyasında hərbi müşahidəçi qismində beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edirlər.

“Sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkəmizin göstərdiyi iradə və sülhməramlı qüvvələrimizin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıtmışdır”, - deyə müdafiə naziri vurğulayıb.

Z.Həsənov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqəti nəticəsində sülhməramlı qüvvələr müasir silah və texnika ilə təchiz olunur, şəxsi heyətin xüsusi hazırlıq proqramları isə davamlı olaraq təkmilləşdirilir.

Məqalədə: #Zakir Həsənov #Müdafiə Nazirliyi #NATO #Azərbaycan Ordusu #Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.