7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

10 İyul 2026 10:19
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

BAKI,VOA

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

"Baykar” şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

Məqalədə: #Zakir Həsənov #Selçuk Bayraktar #Baykar #Müdafiə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində
Hərbi innovasiyalar

Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

27 Avqust 09:48
Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi
Türkiyə

Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

23 Avqust 11:36
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.