7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Nədir Hərbi innovasiyalar
Hərbi innovasiyalar

Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

"Baykar" şirkəti tərəfindən kəşfiyyat, müşahidə və hədəf təyini (ISR) missiyaları üçün hazırlanmış "KALKAN" şaquli qalxıb-enən (VTOL) pilotsuz uçuş aparatı (PUA) "TCG Anadolu" (L400) universal desant gəmisi və "Ada" sinfinə aid "TCG Burgazada" (F513) korvetindən uçuş sınaqlarını nümayiş etdirib.

27 Avqust 2026 09:48

Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

Türkiyə Hərbi Dəniz Qüvvələri gəmi əsaslı kəşfiyyat və müşahidə missiyaları üçün "KALKAN VTOL" PUA-larını ilkin mərhələdə "TCG Anadolu" və "Ada" sinifli korvetlərə inteqrasiya edir. Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı sınaq görüntülərində "KALKAN" aparatının "TCG Anadolu" və "TCG Burgazada" gəmilərindən uğurla havaya qalxdığı və göyərtəyə endiyi əks olunub.

Bayraktar TB3 NATO təlimində Eurofighter-larla 8 Saat havada uçdu Bunu da oxuyun Bayraktar TB3 NATO təlimində Eurofighter-larla 8 Saat havada uçdu

Gələcəkdə digər suüstü döyüş gəmilərinin də "KALKAN" PUA-ları ilə təchiz edilməsi planlaşdırılır; bu aparatlar "SH-60 Seahawk" helikopterlərinin yerinə yetirdiyi kəşfiyyat missiyalarını qat-qat aşağı xərclə və daha az iş yükü ilə icra edəcək.

Aralıq dənizində yeni dövr: Türkiyənin ŞKTC-də qurduğu nəhəng müdafiə şəbəkəsinin detalları Bunu da oxuyun Aralıq dənizində yeni dövr: Türkiyənin ŞKTC-də qurduğu nəhəng müdafiə şəbəkəsinin detalları

"KALKAN" şirkətin silahlı PUA-ları ilə yanaşı daha praktik kəşfiyyat imkanları təqdim edən "1-ci Sinif PUA" xəttinin ikinci modelidir. Aparat modifikasiyasından asılı olaraq gündüz və ya termal görüntüləmə təmin edən "Baykar" istehsalı "BG-160", "BG-180" və "BG-220" elektro-optik sistemləri ilə təchiz oluna bilir. Həmçinin "KALKAN" zərbə məqsədli istifadə üçün "Skydagger" istehsalı "RTF 7" ölçülü FPV kamikadze dronunu daşımaq və hədəfə atmaq qabiliyyətinə malikdir.

PUA elektrik mühərrikli qaldırıcı pərlərdən və porşenli mühərriklə işləyən itələyici pərdən istifadə edir, 6 saat ərzində havada qala bilir.

"KALKAN" aparatının yığcam ölçüləri ona korvet və freqatların məhdud ölçülü anqarlarında helikopterlərlə yanaşı yerləşdirilməyə imkan verir. Digər tərəfdən, şaquli qalxma və enmə xüsusiyyəti "TCG Anadolu" gəmisində qısamənzilli kəşfiyyat ehtiyacları üçün "Bayraktar TB3" zərbə PUA-sına çevik və sürətli reaksiya verən alternativ yaradır.

Məqalədə: #TCG Anadolu #Baykar #TCG Derya #Bayraktar KALKAN DİHA #Baykar Technology #TCG AKHİSAR #Mərakeş və Baykar əməkdaşlığı #Baykar texnologiyaları #TCG Anadolu gəmisi #Baykar KIZILELMA nümayişi #Baykar müdafiə sənayesində qlobal liderliyini qoruyub #Baykarın təsisçisinə həsr olunan sənədli film yayımlandı #Almanya Başbakanı Merz'den Avrupa nükleer kalkanı çıkışı #TCG ANADOLU əməliyyatları #Çöl Kalkanı'ndan Çöl Fırtınası'na: Körfez'de askeri güç dengesi #Baykar KIZILELMA #Baykar istehsal mərkəzi #Türkiyənin Baykar şirkəti #Baykar və Leonardo Astore Levante PUA-nı təqdim etdi #Baykarın yeni PUA-sı #Baykar KALKAN VTOL PUA Türkiyə #TCG Anadolu və TCG Burgazada sınaqları #Türkiyə Hərbi Dəniz Qüvvələri kəşfiyyat PUA #Baykar BG 160 BG 180 BG 220 elektro optik #Ada sinfi korvetlər hərbi dəniz qüvvələri #Türkiyə Milli Müdafiə Nazirliyi PUA sınaqları #Bayraktar TB3 və KALKAN müqayisəsi #Baykar KALKAN VTOL UAV Turkish Navy #TCG Anadolu L400 TCG Burgazada F513 sorties #Turkish Naval Forces unmanned aviation 2026 #Taking off from TCG Anadolu: Baykar KALKAN VTOL proves naval capabilities #Six hours endurance at sea: The technical specs of the new naval VTOL UAV

Mövzu üzrə digər xəbərlər

Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi
Türkiyə

Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

23 Avqust 11:36
TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir
Türkiyə

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

22 Avqust 14:05
Baykar və Leonardo yeni PUA təqdim etdi
Türkiyə

Baykar və Leonardo yeni PUA təqdim etdi

22 İyul 10:22
Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq
Türkiyə

Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

19 İyul 19:10

Son Xəbərlər

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.