10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

Türkiyənin Baykar şirkəti ilə İtaliyanın Leonardo müdafiə və aviasiya şirkəti Böyük Britaniyada keçiriləcək Farnborough Airshow sərgisində insanlı və insansız döyüş platformalarının birgə fəaliyyətinə dair əməkdaşlığın son nəticələrini beynəlxalq ictimaiyyətə təqdim edəcək.

19 İyul 2026 19:10
Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Baykar şirkəti ilə İtaliyanın Leonardo müdafiə və aviasiya şirkəti Böyük Britaniyada keçiriləcək Farnborough Airshow sərgisində insanlı və insansız döyüş platformalarının birgə fəaliyyətinə dair əməkdaşlığın son nəticələrini beynəlxalq ictimaiyyətə təqdim edəcək.

Şirkətlər sərgi çərçivəsində keçiriləcək brifinqdə Türkiyədə M-346 təlim-döyüş təyyarəsi və Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin iştirakı ilə həyata keçirilən insanlı–insansız komanda fəaliyyəti (Manned-Unmanned Teaming – MUM-T) sınaqlarının nəticələri barədə məlumat verəcəklər.

Tədbirdə sınaqların növbəti mərhələsinə keçid çərçivəsində əldə olunan əsas nəticələr və qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyət istiqamətləri də açıqlanacaq.

Sərgidə həmçinin qısa uçuş-eniş zolaqlarından istifadə imkanına malik Bayraktar TB3 pilotsuz uçuş aparatı nümayiş etdiriləcək. TB3, Baykar və Leonardo tərəfindən yaradılmış LBA Systems birgə müəssisəsinin Avropa bazarına çıxış strategiyasında əsas platformalardan biri hesab olunur.

Bayraktar TB3-ün Farnborough Airshow-da təqdimatı iki şirkət arasındakı əməkdaşlığın yalnız sınaq mərhələsi ilə məhdudlaşmadığını, istehsala yaxın real platformalar üzərində də inkişaf etdiyini nümayiş etdirəcək.

Mütəxəssislərin fikrincə, dünyanın aparıcı aviasiya və müdafiə sərgilərindən biri olan Farnborough Airshow-un bu təqdimat üçün seçilməsi NATO müttəfiqləri və qlobal müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyan mesaj kimi qiymətləndirilir.

Baykar və Leonardo arasında əməkdaşlığın əsası 2025-ci ilin mart ayında Romada imzalanmış anlaşma memorandumu ilə qoyulub. Həmin ilin iyun ayında isə Paris Airshow sərgisində tərəflər LBA Systems birgə müəssisəsinin yaradılması barədə rəsmi saziş imzalayıblar.

İtaliya mərkəzli və bərabər tərəfdaşlıq prinsipi əsasında fəaliyyət göstərən LBA Systems pilotsuz aviasiya sistemlərinin layihələndirilməsi, hazırlanması, istehsalı və texniki dəstəyi sahəsində fəaliyyət göstərir.

Əməkdaşlıq çərçivəsində Baykar qabaqcıl pilotsuz platformaların layihələndirilməsi və inkişafını həyata keçirir, Leonardo isə müasir elektron sistemlər, faydalı yüklər, insanlı–insansız inteqrasiya, sürü texnologiyaları, həmçinin sertifikatlaşdırma və kvalifikasiya proseslərinə cavabdehlik daşıyır.

Məqalədə: #Böyük Britaniya #Selçuk Bayraktar #PUA #Baykar Technology #Türkiyənin Baykar şirkəti #Leonardo müdafiə və aviasiya şirkəti #Farnborough Airshow sərgisi

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.