Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində
"Baykar" şirkəti tərəfindən kəşfiyyat, müşahidə və hədəf təyini (ISR) missiyaları üçün hazırlanmış "KALKAN" şaquli qalxıb-enən (VTOL) pilotsuz uçuş aparatı (PUA) "TCG Anadolu" (L400) universal desant gəmisi və "Ada" sinfinə aid "TCG Burgazada" (F513) korvetindən uçuş sınaqlarını nümayiş etdirib.
Baykar və Leonardo yeni PUA təqdim etdi
Türkiyənin Baykar və İtaliyanın Leonardo şirkətlərinin birgə təsis etdiyi LBA Systems şirkəti Bayraktar TB3 platforması əsasında hazırlanan yeni pilotsuz uçuş aparatını (PUA) İngiltərədə keçirilən Farnborough Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirib.