13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib

27 İyun 2024 16:31
Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib

Bakı, VOA

Milli Məclisin sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Ali Salem Nasiri qəbul edib.

Parlamentdən VOA-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışılıb, siyasi münasibətlərin yaxşı səviyyədə olduğu qeyd olunub. Vurğulanıb ki, ikitərəfli əlaqələrin digər sahələrdə də inkişafı üçün geniş imkanlar mövcuddur.

Söhbət zamanı bildirilib ki, Azərbaycan və Liviya beynəlxalq təşkilatlar çərçivəsində də bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Həm işğal dövründə, həm də işğaldan sonra Liviya daim ölkəmizin ərazi bütövlüyünə dəstək verib.

Söhbət zamanı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığın yüksək səviyyəsindən razılıq ifadə olunub. Liviya tərəfinin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərdə yüksək səviyyədə təmsil olunması məmnunluqla qeyd olunub.

Görüşdə parlamentlərimiz arasında da əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə də əlaqələrin dərinləşdirilməsi üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Spiker Sahibə Qafarova Parlament Şəbəkəsinin fəaliyyəti haqqında diplomata məlumat verib. Bildirilib ki, Liviya parlamenti şəbəkənin tədbirlərində iştirak edir. Qeyd olunub ki, Liviya Nümayəndələr Palatası sədrinin 1-ci müavini Fouzi Salim Şəbəkənin Bakı Konfransında iştirak edib və bu tədbirdə Afrika Qrupundan Parlament Şəbəkəsi sədrinin müavini seçilib.

Görüşdə Ali Salem Naser 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib. Diplomat, Azərbaycanın həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də digər mühüm beynəlxalq təşkilatlarda fəaliyyəti çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfirini qəbul edib
Məqalədə: #Milli Məclis #Sahibə Qafarova #Liviya

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.