8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ermənistandan son azərbaycanlının qovulmasından 33 il ötür

8 Avqust 2024 15:29
Ermənistandan son azərbaycanlının qovulmasından 33 il  ötür

Bakı,AzerVoice

Bu gün indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

AzerVoice xəbər verir ki, bu barədə Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı Ombudsman Səbinə Əliyevanın müraciətində deyilir.

"Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınıb, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülüb.

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub.

Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.

Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir", - o qeyd edib.

Ermənistandan son azərbaycanlının qovulmasından 33 il  ötür
Məqalədə: #ombudsman #Səbinə Əliyeva

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Rusiya enerji əməkdaşlığını gücləndirir
Səudiyyə Ərəbistanı və Rusiya enerji əməkdaşlığını gücləndirir
19:49
Qətər Dünya Bankı ilə infrastruktur layihələrini müzakirə edib
Qətər Dünya Bankı ilə infrastruktur layihələrini müzakirə edib
19:45
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.