4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı bəyanatın təşəbbüskarı olub

21 Sentyabr 2024 14:42
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı bəyanatın təşəbbüskarı olub

Bakı, AzerVoice

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması” adlı birgə bəyanat yayılıb.

AzerVoice xəbər verir ki, bəyanat Xorvatiyanın nümayəndəsi tərəfindən sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirilib. “İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması” bəndinin müzakirəsi çərçivəsində yayılmış sənəddə qeyd olunur ki, “yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına” qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.

Bundan əlavə, bəyanatda xüsusilə “yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu” vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmağla bağlı müraciət ediblər.

Bəyanatda mina partlaması nəticəsində zərərçəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir: “Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir”.

Sənəddə vurğulanır ki, mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu, öz növbəsində BMT Baş katibinin də dediyi kimi, "davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir".

Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.

Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan Xarici İşlər Nazirliyinin (Xİ) nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş “Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə” konfransı zamanı səsləndirilib.

Bundan başqa, 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı bəyanatın təşəbbüskarı olub
Məqalədə: #Azərbaycan #BMT

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.