10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

27 sentyabr Azərbaycan torpaqlarının geri qaytarılması prosesində dönüş nöqtəsi oldu – Elşad Paşasoy

27 Sentyabr 2024 15:34
27 sentyabr Azərbaycan torpaqlarının geri qaytarılması prosesində dönüş nöqtəsi oldu – Elşad Paşasoy

Bakı, AzerVoice /Naile Babazade

27 sentyabr iki əsrdən artıq müddətdə davam edən ərazi itkilərinə nəhayət, son verilməsi, tarixi torpaqlarımızın geri qaytarılması ilə əlaqədar Azərbaycan xalqının taleyində çox önəmli, şərəfli bir dönüş nöqtəsi oldu.

Bu sözləri AzerVoice-ə açıqlamasında, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı, siyasi ekspert Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yayından etibarən Ermənistanın Tovuz istiqamətində artan təxribatları, “yeni ərazilər uğrunda” hərəkətə keçməsi, həmçinin sentyabr ayında xain planlara əl atması Azərbaycan ordusunu əks hücum əməliyyatı keçirməyə və 30 ilədək işğal altında saxlanılan ərazilərini azad etməyə vadar etdi.

“Xatırlayıram ki, müharibənin başlamasından bir neçə gün öncə Azərbaycan Prezidenti BMT Baş Assembileyasının sessiyasındakı çıxışı zamanı Ermənistanın genişmiqyaslı təxribatlara əl atdığı barədə xəbərdarləq etmişdi, beynəlxalq ictimaiyyəti, aparıcı təşkilatları, paytaxtları Ermənistan təxribatlarının qarşısını almaq üçün səfərbər olmağa səsləmişdi. Amma bu çağırışların heç bir nəticəsi olmadı. Heç şübhəsiz ki, Ermənistan iyul ayında Azərbaycanın Tovuz istiqamətində təxribatlar həyata keçirməklə Azərbaycanın yeni ərazilərini işğal etməklə bağlı planını bu istiqamətdə reallaşdırmağa çalışırdı. O zamanda beynəlxalq aləmdən ciddi təpki gəlmədi. Sonraki dönəmlərdə təxribatlar davamlı xarekter aldı. Son nəticədə Azərbaycaı ildırım sürətli hücum əməliyyatını keçirməyə vadar oldu. Həm də, 30 illik danışıqların, Minsk qrupu formatında aparılan proseslərin heç bir nəticəsinin olmaması, üstəlik, Ermənistanın işğalı davam etdirmək, eyni zamanda işğalçı ordusunu daha da gücləndirmək, əlavə silah-sursatlarla təmin edilmək imkanları əldə etməsinə nəhayət, son vermək, BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazilərimizi azad etmək üçün üçün Azərbaycan təsirli tədbirlər görməyə qərar vermişdi”,- deyə Elşad Paşasoy vurğulayıb.

Ekspert Şuşanın azad olunmasının Azərbaycan dövləti, xalqı və qalib ordusu üçün çox önəmli hadisə olaraq dəyərləndirib.

“Azərbaycanın qüdrətli ordusu şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına, çox unikal döyüş əməliyyatlarını həyata keçirərək Şuşa zirvəsinə qədər qalxmağı, düşməni məğlub etməyi və ona “toy tutmağı” bacardı.Bu günə qədər dünyanın hərbi məktəblərində hələ də Şuşanın azad edilməsi əməliyyatının sirri tam çözülməyib. Azərbaycan ordusu Şuşanın azad olunması əməliyyatını reallaşdırmaqla nə qədər böyük gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibənin yekununda düşmənin Üçtərəfli Bəyanata imza atması, kapitulyasiya sənədini imzalaması ilə artıq yeni vəziyyət yarandı. Proses Xankəndində Azərbaycan bayrağının ucaldılmasına qədər davam etdi”,- deyə E.Paşasoy bildirib.

O, Azərbaycan xalqının 44 gün boyunca milli birliyindən danışıb:

“Azərbaycan xalqının 44 günlük savaş zamanı nümayiş etdirdiyi həmrəylik, hakimiyyət - xalq birliyi, eyni zamanda ordumuzun hər bir qələbəsinə 10 illərlə tamarzı olan insanlarımızın səfərbər olması bizi böyük qələbəmizə qovuşdurdu. Türkiyə, Pakistan başda olmaqla, müttəfiq, dost-qardaş ölkələrin mənəvi dəstəyi ilə qazanılan bu qələbənin çox mühim tarixi əhəmiyyəti var. Şanlı ordumuzun qazandığı qələbələr mübarizlik əhval ruhiyyəmizə yeni çalarlar əlavə etdi, sanki millət olaraq yenidən dünyaya gəldik. 44 günlük Vətən müharibəsində 3 minə yaxın şəhidlərimizin, minlərlə qazilərimizin qanı-canı bahasına əldə olunan bu qələbənin əbədi qorunub- saxlanması istiqamətində şübhəsiz ki, qarşımızda mühim vəzifələr dayanır. Qələbəmizin əmanət olduğunu heç zaman unutmamalıyıq və hər birimiz bu əmanəti göz bəbəyimiz kimi qorumaq üçün üzərimizə düşən vəzifələri icra etməliyik”,-deyə E.Paşasoy vurğulayıb.


27 sentyabr Azərbaycan torpaqlarının geri qaytarılması prosesində dönüş nöqtəsi oldu – Elşad Paşasoy
Məqalədə: #Elşad Paşasoy

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.