10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb

4 Oktyabr 2024 19:49
Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb

Bakı, AzerVoice

Bakıda "İqlim sahəsində fəaliyyət üçün tədqiqatların və əməkdaşlığın sürətləndirilməsi" mövzusunda iqlim elmi üzrə konfrans başa çatıb.

AzerVoice xəbər verir ki, bu Bakıda keçirilən "iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"-ni yekunlaşdıran tədbirlərdən biridir.

Konfransın gündəliyinə aşağıdakı mövzular üzrə panel müzakirələr daxil olub: "İstixana qazlarının emissiyalarının başa düşülməsində inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu", "Elmi problemlərin həllində qlobal və regional əməkdaşlığın rolu", "İqlim dəyişikliyinin və paradiqmaların dəyişməsinin transsərhəd suların idarə edilməsinə təsiri".

Bakıda ilk dəfə keçirilən “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun (IPCC) icraçı katibinin müavini Ermira Fida bildirib ki, elm iqlim fəaliyyətini sübut bazası ilə təmin edə bilər.

"Son vaxtlar dünyada geniş diqqətə səbəb olan ekstremal hava hadisələri, o cümlədən, ABŞ-nin cənub-şərqinə təsir edən "Helen" qasırğası iqlim dəyişikliyinin artan təsirinin parlaq nümunəsidir. Bu hadisələr milyonlarla insana təsir edir və təcili tədbirlərin zəruriliyini bir daha xatırladır.

Aydındır ki, iqlim dəyişikliyi ilə mübarizədə məqsədlər və real qlobal tədbirlər arasında ciddi bir uçurum mövcuddur. Elm həllərin hazırlanması üçün sübut bazası təqdim edə bilər, lakin yalnız bu, siyasi fəaliyyətsizlik nəticəsində yaranmış boşluğu doldurmaq üçün kifayət deyil. Elmi məlumatların real tədbirlərə çevrilməsi siyasətçilərdən asılıdır", – o vurğulayıb.

Onun sözlərinə görə, IPCC BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) prosesinin formalaşdırılmasında mühüm rol oynayıb və iqlim siyasətinin gücləndirilməsi və beynəlxalq sazişlərin bağlanması üçün elmi əsaslar təqdim edib. 1990-cı ildə IPCC-nin ilk qiymətləndirmə hesabatından başlayaraq, hər bir növbəti hesabat qlobal iqlim tədbirlərinin istiqamətini müəyyən edib.

Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb Bakıda İqlim üzrə Fəaliyyət Həftəsi başa çatıb
Məqalədə: #COP29 #İqlim üzrə Fəaliyyət Həftəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.