11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib

Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb.

25 İyun 2025 14:10
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib

Bakı. AzerVoice

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb.

Komitədən AzerVoice-ə bildirilib ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin mühüm rol oynadığını vurğulayan Ramin Məmmədov ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu bildirib. Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.

Bundestaqın Xarici siyasət Komitəsinin sədri Armin Laşet ölkəmizə səfərini xatırladaraq, bütün dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasının şahidi olduğunu vurğulayıb. Ölkəmizdə alman irsinə qayğını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. A.Laşet bu faktı Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan birgəyaşayış modelinin ən yaxşı nümunələrindən birini təqdim edən ölkə olduğunun təsdiqi kimi dəyərləndirildiyini deyib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev səfərin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır. Səfir bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.

ABŞ-nin Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper isə dinlər və mədəniyyətlərarası dialoqun inkişafının əhəmiyyəti barədə fikirlərini bildirib. Dini tolerantlığın təşviqi məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.