5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın və daha geniş regionun qlobal baxışının formalaşmasına töhfə verir - Aleksandru Qiboy

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

1 Sentyabr 2025 10:47
Baku
Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın və daha geniş regionun qlobal baxışının formalaşmasına töhfə verir - Aleksandru Qiboy

BAKI, AzerVoice

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Qiboy Trend agentliyi ilə əməkdaşlıq təcrübəsi və fəaliyyətinə dair təəssüratlarını bölüşüb.

"Fəaliyyətinin 30 ili ərzində Trend öz auditoriyası üçün peşəkar və fədakar şəkildə çalışmaqla, bütün dünya üçün Azərbaycan barədə etibarlı xəbər mənbəyinə çevrilib",- deyə o bildirib.

Onun sözlərinə görə, 30 illik fəaliyyəti ərzində Trend BİA ölkə və bütövlükdə geniş region barədə təsəvvürün formalaşmasına böyük töhfə verib.

"Agentliyin 30 illiyi münasibətilə bütün komandaya ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Xüsusi təşəkkürümü isə Trend BİA-nin direktoru İlqar Hüseynova bildirirəm. Onun peşəkarlığa daim sadiqliyi sayəsində agentlik Azərbaycanın media məkanında aparıcı mövqelərdən birini tutub.

Arzu edirəm yeni onilliklər Trend agentliyinə daha çox uğur, innovasiya və beynəlxalq nüfuz qazandırsın, onun rolunu həm Azərbaycanda, həm də qlobal informasiya məkanında daha da möhkəmləndirsin", – deyə EANA-nın baş katibi yekunlaşdırıb.

Məqalədə: #Trend BİA #Trend-in 30 illiyi #Trend İnformasiya Agentliyi #Aleksandru Qiboy

Mövzu üzrə digər xəbərlər

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Cəmiyyət

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

1 Sentyabr 11:31
Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır
Siyasət

Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır

17 Mart 17:58
Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar
Cəmiyyət

Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

22 Dekabr 2025 15:38
DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq
Cəmiyyət

DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

25 Noyabr 2025 14:28

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.