4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Türkiyə ilə Azərbaycan sülh, əməkdaşlıq və tərəqqi prinsiplərini bölüşür - Səfir

Müasir Türkiyə Respublikası, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Respublikamızın 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun!

29 Oktyabr 2025 20:03
Türkiyə ilə Azərbaycan sülh, əməkdaşlıq və tərəqqi prinsiplərini bölüşür - Səfir

BAKI, AzerVoice

Müasir Türkiyə Respublikası, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Respublikamızın 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun!

AzerVoice xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilk növbədə qonşularımız olmaqla, bütün dünya xalqları ilə sülh içində yaşamaqdır. Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu prinsipi ən gözəl şəkildə ifadə edir:

"Tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bu günkü Türkiyə Respublikası, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli bir aktora çevrilmişdir.

Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsində təhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldə edilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanın mühüm bir hissəsidir.

Lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Qərb mərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun və çoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir. Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır.

Digər tərəfdən, Türkiyə, sivilizasiya ənənəsi baxımından da İslam dünyasının mühüm bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir.

Son illərdə ölkəmiz, Türk Dövlətləri Təşkilatı vasitəsilə Türk dünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türk dünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu və gözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş bir qurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylik yolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. “Orta Dəhliz” adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütün dünyanın ümumi maraqlarına xidmət edir".

O vurğulayıb ki, ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərə kök salmış istisna bir qardaşlığa hamımız şahidlik edirik.

"Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, “Bir millət, iki dövlət” prinsipi əsasında ölkəmiz, can Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcəkdir.

Prezident İlham Əliyevin liderliyi ilə “bir yumruq, bir ürək” olaraq işğal altındakı Qarabağı azad etmiş, milli sərhədləri daxilində ərazi bütövlüyünü və tam suverenliyini bərpa edib. Azərbaycanlı qardaşlarımız bu gün sahədə əldə etdikləri uğurları danışıqlar masasına da daşımışlar. Bölgədə qalıcı sülhün təmin edilməsi, inkişafın başlanması və əlaqələrin artması üçün tarixi bir fürsət yaranıb. Bölgədə bərqərar olunacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya faydalanacaqdır. Buna görə də, qalıcı sülhün təmin olunması hamımızın ən böyük arzusudur", - səfir qeyd edib.

"Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.”

Ustad şair Baxtiyar Vahabzadənin “Birdir bizim hər halımız, sevincimiz, məlalımız, bayraqlarda hilalımız — Azərbaycan-Türkiyə” misraları da bu anlayışın təcəssümüdür.

Prezidentimizin qlobal sülh və sabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən diqqətlə izlənir. Bu çərçivədə Ukraynadakı müharibənin bir an əvvəl dayanması, Qəzzədə atəşkəsin təmin olunaraq iki dövlətli həll yoluna nail olunması və Suriyada sülh və sabitliyin möhkəmlənməsi əsas prioritetlərimizdəndir.

Bütün bu məsələlərdə biz Azərbaycanla sıx əməkdaşlıq və həmrəylik içindəyik. Daha ədalətli bir dünya mümkündür və bunun üçün birlikdə çalışmalıyıq", - B. Akgün fikrini tamamlayıb.

Ölkəmizin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilk növbədə qonşularımız olmaqla, bütün dünya xalqları ilə sülh içində yaşamaqdır.

Trend xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bu günkü Türkiyə Respublikası, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli bir aktora çevrilib:

“Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsində təhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldə edilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanın mühüm bir hissəsidir.

Lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Qərb mərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun və çoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir. Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır”.

B.Akgün vurğulayıb ki, Türkiyə sivilizasiya ənənəsi baxımından da İslam dünyasının mühüm bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir:

“Son illərdə ölkəmiz Türk Dövlətləri Təşkilatı vasitəsilə türk dünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türk dünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu və gözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş bir qurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylik yolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. “Orta Dəhliz” adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütün dünyanın ümumi maraqlarına xidmət edir”.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Türk Dövlətləri Təşkilatı (TDT) #İƏT #Birol Akgün #Türkiyə Azərbaycan münasibətləri #Gülüstan sarayı #Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
VOA analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.