7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

14 Noyabr 2025 18:52
İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

BAKI,AzerVoice

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqində İSTAD sədri və TADEF-in mətbuat katibi Sefer Karakoyunlu 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Türk dünyası üçün tarixi əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsini və 44 günlük müharibə zamanı, eləcə də əvvəli və sonrası Türkiyənin dəstəyini, iki qardaş xalqın həmrəyliyini bir daha diqqətə çatdırıb. Dünyada Türkiyə və Azərbaycan kimi qardaşlığa malik ikinci bir nümunə olmadığını bildirərək söyləyib: “Əsrlərə söykənən bu qardaşlıq bu gün də, gələcəkdə də ən yüksək səviyyədə davam edəcək”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətindən danışıb.

Digər natiqlər Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycanın bölgədəki mövqeyinin güclənməsindən və Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub
Məqalədə: #Diasporla İş üzrə Dövlət Komitəsi #44 günlük Vətən müharibəsi #TADEF #İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi #İSTAD #Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası #Qarabağ Zəfəri #Sefer Karakoyunlu #Valeh Hacıyev #Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu

Mövzu üzrə digər xəbərlər

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Cəmiyyət

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2 Sentyabr 11:25
Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01
Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur
Cəmiyyət

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

13 Avqust 16:05
Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov
Cəmiyyət

Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

2 Avqust 16:31

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.