10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr inkişaf edir.

27 Noyabr 2025 21:02
Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

BAKI, AzerVoice

Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var.

AzerVoice xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq İnformasiya Agentliyi həm “Albayrak” Media Qrupu, həm “Demirören” İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata keçirir və ortaq istehsal həyata keçirir:

“Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini, “Azernews” qəzetini, “TurkicWorld” platformasını çox yaxından izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf etdirilməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyi olaraq üzərimizə düşəni etməyə çalışırıq”.

Mətbuat müşaviri bildirib ki, Trend-in “TurkicWorld” layihəsi Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media orqanları üçün çox gözəl modeldir:

“Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu oynaya bilər”.

A.C.İşbilir vurğulayıb ki, Trend-lə “Albayrak”, “Demirören” və digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə çərçivəsində əhatələnməməlidir:

“Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni səviyyədə bağlantılar qurulmalıdır.

Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır”.

O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib.

Məqalədə: #Alptekin Cihangir İşbilir #Türkiyənin Azərbaycandakı səfirliyi #Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr #Trend Beynəlxalq İnformasiya Agentliyi #Türk Dövlətləri Təşkilatının Media Forumu #Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları #Albayrak Media Qrupu #Demirören İnformasiya Agentliyi #Azernews qəzeti #TurkicWorld platforması

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.