12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakı Metropoliteninin nümayəndə heyətinin Çinə olan rəsmi səfəri Honq Konq şəhərində davam edib

“Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti Honq Konq şəhərində olub

30 Yanvar 2026 17:08
Bakı Metropoliteninin nümayəndə heyətinin Çinə olan rəsmi səfəri Honq Konq şəhərində davam edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində növbəti görüşlərini Honq Konq şəhərində keçirib.

AzerVoice xəbər verir ki, “Octopus Holdings Limited” şirkətində baş tutan ilk görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak ediblər.

İşgüzar müzakirələr zamanı “Octopus” sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda şirkət şəhər miqyasında ictimai nəqliyyat və gündəlik ödənişlər üçün əsas rəqəmsal ödəniş platforması olan “Octopus” sistemini inkişaf etdirib və idarə edir. Eyni zamanda, şirkətin Dubay, Amsterdam, Sinqapur, Oklend (Yeni Zelandiya), Konnektikut və Baffalo (Amerika Birləşmiş Ştatları) kimi aparıcı şəhər və regionlarda mövcud ödəniş sistemləri üçün texnoloji həllər və platforma xidmətləri təqdim etməklə beynəlxalq səviyyədə fəaliyyət göstərdiyi qeyd olunub.

Görüş çərçivəsində beynəlxalq təcrübə mübadiləsi aparılaraq ictimai nəqliyyatda differensial tarif siyasəti, sərnişin seqmentlərinə uyğun xüsusi yanaşmalar, həmçinin ödəniş sistemlərinin gələcək inkişaf istiqamətləri — mobil ödənişlər, açıq platformalar və şəhər miqyasında inteqrasiya olunmuş “ağıllı ödəniş” (smart payment) modelləri ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin “Tsing Yi” Əməliyyatlara Nəzarət Mərkəzində keçirilən növbəti işgüzar görüşündə mərkəzin rəhbəri Erik Ko real vaxt rejimində hərəkətə nəzarət mexanizmləri barədə ətraflı məlumat verib. Həmçinin metro və şəhərdaxili relsli nəqliyyat sistemlərinin istismarı və idarə olunması üzrə beynəlxalq qabaqcıl təcrübələr, hadisələrin operativ idarə edilməsi, sərnişinlərin məlumatlandırılması sistemləri, şirkətin şəhər miqyasında nəqliyyat və “ağıllı mobillik” (smart mobility) platformaları ilə inteqrasiya imkanları müzakirə olunub.

Görüşdə əməliyyat proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması və məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmlərinin tətbiqi üzrə mövcud yanaşmalar və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Çinə işgüzar səfər zamanı Bakı Metropoliteninin nümayəndələri Pekin və Nanjin şəhərlərində də beynəlxalq metro təcrübəsinin öyrənilməsi istiqamətində bir sıra faydalı görüşlərdə iştirak ediblər.

metro nəqliyyat ağıllı ödəniş rəqəmsal sistem Honq Konq Çin təcrübə metro ulaşım akıllı ödeme dijital sistem Hong Kong Çin deneyim metro transport smart payment digital system Hong Kong China experience метро транспорт умные платежи цифровые системы Гонконг Китай опыт métro transport paiement intelligent système numérique Hong Kong Chine U-Bahn Verkehr intelligente Zahlung digitale Systeme Hongkong China metro transporte pago inteligente sistema digital Hong Kong China metro trasporto pagamento intelligente sistema digitale Hong Kong Cina metrô transporte pagamento inteligente sistema digital Hong Kong China مترو نقل دفع ذكي نظام رقمي هونغ كونغ الصين مترو حمل‌ونقل پرداخت هوشمند سیستم دیجیتال هنگ کنگ چین 地铁 交通 智能 支付 数字 系统 香港 中国 地下鉄 交通 スマート 決済 デジタル システム 香港 中国 지하철 교통 스마트 결제 디지털 시스템 홍콩 중국 मेट्रो परिवहन स्मार्ट भुगतान डिजिटल प्रणाली हांगकांग चीन میٹرو ٹرانسپورٹ اسمارٹ ادائیگی ڈیجیٹل نظام ہانگ کانگ چین মেট্রো পরিবহন স্মার্ট পেমেন্ট ডিজিটাল সিস্টেম হংকং চীন metro transportasi pembayaran pintar sistem digital Hong Kong Cina metro pengangkutan pembayaran pintar sistem digital Hong Kong China รถไฟฟ้า การขนส่ง การชำระเงินอัจฉริยะ ระบบดิจิทัล ฮ่องกง จีน tàu điện ngầm giao thông thanh toán thông minh hệ thống số Hồng Kông Trung Quốc metro vervoer slimme betaling digitaal systeem Hongkong China metro transport inteligentne płatności system cyfrowy Hongkong Chiny метро транспорт розумні платежі цифрові системи Гонконг Китай metrou transport plăți inteligente sistem digital Hong Kong China μετρό μεταφορές έξυπνες πληρωμές ψηφιακό σύστημα Χονγκ Κονγκ Κίνα מטרו תחבורה תשלום חכם מערכת דיגיטלית הונג קונג סין metro transport smart betalning digitalt system Hongkong Kina metro transport smart betaling digitalt system Hongkong Kina

Bakı Metropoliteninin nümayəndə heyətinin Çinə olan rəsmi səfəri Honq Konq şəhərində davam edib Bakı Metropoliteninin nümayəndə heyətinin Çinə olan rəsmi səfəri Honq Konq şəhərində davam edib
Məqalədə: #Bakı Metropoliteninin nümayəndə heyətinin Honq Konqda işgüzar görüşləri keçirilib #Bakı Metropoliteni Honq Konqda Octopus ödəniş sistemi ilə tanış olub #Çin səfəri çərçivəsində Bakı Metropoliteninin Honq Konq görüşləri #Bakı Metropoliteni ağıllı ödəniş modellərini öyrənir #Honq Konqda Bakı Metropoliteninin rəqəmsal nəqliyyat təcrübəsi #Bakı Metropoliteni Çin metro təcrübəsini araşdırır #Bakü Metrosu heyetinin Hong Kong temasları sürüyor #Bakü Metrosu Hong Kong’da Octopus sistemiyle tanıştı #Bakü Metrosu Çin’de akıllı ödeme sistemlerini inceliyor #Hong Kong’da Bakü Metrosu’ndan ulaşım görüşmeleri #Bakü Metrosu dijital ulaşım çözümlerini değerlendiriyor #Çin ziyareti kapsamında Bakü Metrosu’ndan önemli temaslar

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.