11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

17 Fevral 2026 16:20
Baku
Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Bakı.AzerVoice:

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzerVoice xəbər verir ki,qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Nazir qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Qeyd olunub ki, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Birləşmiş Ərəb Əmirliklərinin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən nazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbət qiymətləndirib.

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupunun yaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub.

Məqalədə: #Kənd Təsərrüfatı Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.