6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli - münaqişələr illərlə davam etməyə məhkum deyil

Müasir dünyada silahlı münaqişələr artıq regional problem olmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktoruna çevrilib.

9 Aprel 2026 15:43
Baku
Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli - münaqişələr illərlə davam etməyə məhkum deyil

BAKI,VOA

Müasir dünyada silahlı münaqişələr artıq regional problem olmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktoruna çevrilib. Uzanan müharibələr, nəticəsiz sülh təşəbbüsləri, iqtisadi tənəzzül, humanitar böhranlar və siyasi qeyri-müəyyənlik beynəlxalq təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu açıq göstərir.

Bunu VOA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Bunun ən S.Mikayılova əlavə edib ki, dünyadakı münqişələrin ən bariz nümunələrindən biri 2022-ci ildən davam edən Rusiya–Ukrayna müharibəsidir.

"İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi gözlənilən bu müharibə artıq illərdir davam edir. Minlərlə insan itkisi, dağıdılmış şəhərlər, çökən infrastruktur və Avropanın enerji təhlükəsizliyinə vurulan zərbə bu müharibənin təkcə iki ölkə arasında deyil, bütöv qitə miqyasında təsirə malik olduğunu göstərir. Nəticə isə hələ də qeyri-müəyyəndir.

Eyni qeyri-müəyyənlik Yaxın Şərqdə müşahidə olunur. İran ilə ABŞ və İsrail arasında artan hərbi gərginlik, qarşılıqlı zərbələr və diplomatik ritorika regionu genişmiqyaslı müharibə riskinə sürükləyib. Qısa müddətdə səngiyəcəyi düşünülən qarşıdurma uzandıqca dünya bazarlarında enerji qiymətləri yüksəlir, logistika zəncirləri pozulur, geosiyasi bloklaşma dərinləşir. Sülh təşəbbüslərinin isə hələ real nəticə verəcəyi bəlli deyil".

Deputat əlavə edib ki, belə bir qlobal fon qarşısında Cənubi Qafqazda baş verən hadisələr fərqli bir presedent kimi diqqət çəkir.

"2020-ci ildə baş vermiş Vətən müharibəsi cəmi 44 gün ərzində nəticələndi və uzun illər davam edən işğal faktına son qoyuldu. Bu, müasir dövrdə nadir rast gəlinən "mütləq hərbi-siyasi nəticə" nümunəsi kimi qiymətləndirilməlidir.

Bu qələbəni şərtləndirən amillər çoxşaxəlidir. İlk növbədə, Azərbaycan əsgərinin peşəkarlığı, döyüş ruhu, texnoloji üstünlük və düzgün hərbi planlama həlledici rol oynadı. Paralel olaraq diplomatik müstəvidə illərlə aparılan balanslı və praqmatik xarici siyasət müharibə dövründə Azərbaycanın manevr imkanlarını genişləndirdi və beynəlxalq mühitdə təcrid olunmasının qarşısını aldı.

Proses 2023-cü ildə keçirilən Qarabağ antiterror əməliyyatı ilə tam məntiqi sonluğa çatdı. Qısa müddətdə, minimal itkilərlə ölkənin suverenliyi bütün ərazilərdə bərpa olundu. Bu mərhələ göstərdi ki, hərbi qələbə yalnız döyüş meydanında deyil, uzunmüddətli siyasi strategiyanın nəticəsi kimi formalaşır.

Bu strategiyanın mərkəzində isə Prezident İlham Əliyevin liderliyi dayanır. Qətiyyətli siyasi iradə, prinsipial mövqe, beynəlxalq hüquqa əsaslanan arqumentasiya və illər boyu aparılan sistemli hazırlıq nəticə etibarilə Azərbaycanın mütləq qələbəsini zəruri və qaçılmaz etdi".

S.Mikayılova son olaraq vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində uzanan, nəticəsiz və dağıdıcı müharibələr fonunda Azərbaycan modeli göstərir ki, düzgün siyasi kurs, milli birlik, güclü ordu və dəqiq strateji hədəflər olduqda münaqişələr illərlə davam etməyə məhkum deyil. Bu, təkcə hərbi qələbə deyil, dövlət idarəçiliyi, diplomatiya və milli iradənin sintezindən doğan geosiyasi nəticədir.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
Siyasət

Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

22 İyul 16:06

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.