6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

2 İyun 2026 20:53
Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

BAKI,VOA

İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən VOA-ya verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Anita Anand Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq, Kanada tərəfinin Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib.

Telefon danışığı zamanı yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, regionda mövcud vəziyyət, münaqişədən sonrakı dövrün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub. Nazir Ceyhun Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğal və onun nəticələri barədə məlumat verib, hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən səylərdən bəhs edib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə: #Ceyhun Bayramov #Anita Anand #Xarici işlər naziri #Kanadanın xarici işlər naziri

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

27 Avqust 13:40
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

6 Avqust 21:39

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.