6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

Sevil Mikayılova IPU-nun Qadın- Parlamentarilərin Qlobal Konfransında iştirak edib

4 İyun 2026 12:10
Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

BAKI,VOA

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova Serbiyanın paytaxtı Belqradda keçirilən IPU-nun Qadın- Parlamentarilərin Qlobal Konfransında iştirak edib.

VOA xəbər verir ki, konfransın mövzusu “Bərabərliyin təşviqi: gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” olub.

Sevil Mikayılova tədbir çərçivəsində təşkil olunan “Stereotiplərə və mənfi normalara qarşı birgə fəaliyyət” adlı sessiyaya sədrlik edib.

Sessiyanın yekunlarını sədr qismində təqdim edən S. Mikayılova qanunvericilikdə bərabərlik prinsipinin təşviqinin vacibliyini vurğulayıb.

“Əfsuslar olsun ki, ayrıseçkilik dünyanın müxtəlif ölkələrində milyonlarla qadın və qız üçün hələ də reallıq olaraq qalır. BMT-nin məlumatlarına görə, 2,5 milyarddan çox qadın və qız ayrıseçkilik xarakterli hüquqi normaların qüvvədə olduğu şəraitdə yaşayır. Bu cür qanunlar yalnız kağız üzərində hüquqları məhdudlaşdırmaqla kifayətlənmir, həm də zərərli stereotipləri gücləndirərək qadınların daha az imkanlara, daha zəif müdafiəyə və ya ictimai həyatda daha məhdud rola layiq olduğu barədə təsəvvür formalaşdırır”, – deyə o qeyd edib.

S. Mikayılova bildirib ki, Azərbaycanda bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. “Son dövrlərdə atılmış mühüm addımlardan biri Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdir. Həmin dəyişiklik cinsindən asılı olmayaraq bərabər əməyə və ya eyni dəyərə malik əməyə görə bərabər əmək haqqının təmin edilməsini nəzərdə tutur. Bu, mühüm addımdır, çünki əmək haqqında gender fərqi çox vaxt qadın əməyinin kişi əməyindən guya daha az dəyərli olması stereotipinə əsaslanır. Bərabər əmək haqqı prinsipini gücləndirməklə Azərbaycan aydın şəkildə nümayiş etdirir ki, əmək işçinin cinsinə görə deyil, onun verdiyi töhvəyə görə qiymətləndirilməlidir”, – deyə o vurğulayıb.

S. Mikayılova həmçinin qadınların Azərbaycan iqtisadiyyatında iştirakının genişləndiyini qeyd edib.

“2025-ci il üzrə ilkin məlumatlara əsasən, qadınlar əmək fəaliyyəti olan əhalinin 48,1 faizini təşkil edir. Dövlət qulluqçularının 30,3 faizi və fərdi sahibkarların 23,7 faizi qadınlardır. Bu göstəricilər qadınların iqtisadi fəallığının artdığını əks etdirir və onların inkişaf, innovasiya və dövlət idarəçiliyi sisteminə verdiyi töhfəni nümayiş etdirir”, – deyə S. Mikayılova əlavə edib.

Qeyd edək ki, Qadın Parlamentarilərin Qlobal Konfransı IPU və Serbiya Milli Assambleyası tərəfindən birgə təşkil olunub. Tədbirin məqsədi gender bərabərliyinin təşviqi, qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təcrübə mübadiləsi aparılması və yeni strategiyaların hazırlanması üçün platforma yaratmaqdır.

Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir
Məqalədə: #Milli Məclis #Sevil Mikayılova #Serbiya #Sahibə Qafarova #Belqrad #Parlamentlərarası İttifaq #IPU-nun Qadın- Parlamentarilərin Qlobal Konfransı

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.