15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Qırğız qadınlarının keçmişdən gələn mirası

8 Avqust 2024 11:48
Qırğız qadınlarının keçmişdən gələn mirası

Bakı, AzerVoice

Qırğızıstanda qadınlar keçmişdən gələn bir ənənə kimi hörülmüş saçlarının uclarına “eleçek” adlı baş geyimi və zinət əşyaları taxmaq ənənəsini günümüzdə də yaşatmaqda davam edirlər.

AzerVoice xəbər verir ki, Qırğızıstanın Cəlalabad vilayətinin Toktoqul rayonunda yaşayan təqaüdçü müəllim İrina Tokontayeva keçmişdən gələn bu ənənənin tarixi və gələcək nəsillərə mədəni irs kimi ötürülməsi barədə danışıb.

Qırğızıstan qadınlarının həm sosial, həm də iqtisadi vəziyyətini simvolizə edən “eleçek” adlanan ənənəvi parlaq baş geyimi , geyimdə tamamlayıcı aksesuar kimi istifadə olunur.
Xüsusi bayramlarda və ziyarətlər zamanı isə hörülən saçların uclarına bir ənənə olaraq “saç Uçtuk” adlanan zinət əşyaları taxılır.

Tokontayeva bu baş geyiminin qırğız xalqı arasında çox dəyərli olduğunu bildirərək, "Eleçek qədim tarixə malik olan qadınların istifadə etdiyi baş aksesuarıdır. Keçmişdə ondan uşaq üçün qundaq, ölüm zamanı kəfən, yaralar üçün sarğı kimi də istifadə olunurdu" deyə bildirib.

Qırğız xalqının uzun illər köçəri həyat tərzi ilə yaşadığı çətinliklərdən bəhs edən Tokontayeva , "Keçmiş vaxtda qadınlar başlarını 18-20 metr uzunluğunda nazik bir parça ilə örtürdülər. Bu çadra, dörd fəsilə də uyğun olmalı idi. Köç zamanı hamilə qadınlar uşaq dünyaya gətirən zaman, başındakı örtüyü açıb uşağı qundaqlayardı. Beləliklə, körpəsini gedəcəyi yerə sağ-salamat çatdıra bilirdi. Qırğızların “Yaxşılıqla şər yan-yana gəzər” deyə sözü var.Hər an hər şeyə hazırlıqlı olmaq lazım idi, əgər kimsə köç zamanı ölərsə, onun başındakı eleçek açılıb kəfən edilir, yaralanan zaman isə, sarğı kimi istifadə olunurdu” deyə izah edib.

Yaşadığı rayonda qadın təşkilatının da sədri olan Tokontayeva, günümüzdə də bayramlarda, tədbirlərdə eleçek taxıldığını , həmçinin özünün də gələcək nəsillərə numünə olmaq üçün hər zaman milli geyimlər istifadə etdiyini bildirib.

Qadının imanı, tərbiyəsi, adət-ənənələrinə bağlılığı qədər geyiminin də önəmli olduğunu deyən Tokontayeva, "Qəhrəman Manas nəsli olaraq, analarımız elmin olmadığı dövrlərdə yaşadıqları həyat təcrübələri ilə həyatlarını davam etdiriblər. Biz də analarımızdan miras qalan geyimləri ənənə kimi qoruyub saxlamalıyıq”. deyib

Batken vilayətinin Kadamcai rayon sakini, hörüklü saçlarının uclarına aksesuar taxan Bibihatice Mamutova da hörüklü saçlarının uclarına taxılan ornamentlərin əhəmiyyətini təsdiqləyib.

Mamutova yaşlı qadınların saç hörüklərinin uclarına taxdıqları zinət əşyalarının “sac uçtuk” adlandırıldığını və bunların qırğız qadınlarının ən gözəl zinət əşyaları olduğunu bildirib.

Bu aksesuarların gümüşdən və ya digər qiymətli daşlardan hazırlandığını bildirən Mamutova, "Əvvəllər qadınlar düzgün yerimək üçün bu ornamentlərdən istifadə edirdilər. Çünki bu ornamentlərin çəkisi bir kiloqrama yaxındır. Bu aksesuar çəkisi sayəsində, onurğa və boynun dik qalmasını təmin edir və əyriliyin qarşısını alır ” deyə söyləyib.

Qırğız qadınlarının keçmişdən gələn mirası Qırğız qadınlarının keçmişdən gələn mirası Qırğız qadınlarının keçmişdən gələn mirası Qırğız qadınlarının keçmişdən gələn mirası
Məqalədə: #Qırğızıstan #köç #ənənəvi miras

Mövzu üzrə digər xəbərlər

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Qırğızıstan

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 09:22
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb
Qırğızıstan

Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

31 Avqust 10:35

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.