5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində gələcək əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirib.

1 Sentyabr 2026 12:57
Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

BAKI,VOA

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində gələcək əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

Sadır Japarovun sədrliyi ilə keçirilən iclas beynəlxalq və regional məsələlərə, təşkilatın gələcək inkişafına, təhlükəsizlik, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunub.

Sadır Japarov ŞƏT-in bərabərhüquqlu tərəfdaşlıq məkanı kimi möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və təşkilatın blok təfəkküründən və qarşıdurmadan uzaq qalmalı olduğunu qeyd edib.

“Təşkilat bundan sonra da blok təfəkküründən və qarşıdurmadan uzaq qalmalı, həmçinin etimadın möhkəmləndirilməsi, sülh və sabitliyin təmin edilməsi üçün platforma rolunu oynamalıdır”, - deyə dövlət başçısı bildirib.

Qırğızıstan Prezidenti, həmçinin səmərəli və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılmasının zəruriliyini vurğulayıb və üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərə qarşı mübarizə üzrə ŞƏT-in Universal Mərkəzinin fəaliyyətinə mümkün qədər tez başlanmasına çağırıb.

Onun sözlərinə görə, Bişkekdə Beynəlxalq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin fəaliyyətə başlaması üçün bütün zəruri şərait yaradılıb.

Sadır Japarov, həmçinin ŞƏT çərçivəsində iqtisadi əməkdaşlığın yeni səviyyəyə çıxarılmasına çağırıb və ŞƏT İnkişaf Bankının yaradılması məsələsinin praktiki şəkildə irəlilədilməsinin vacibliyini vurğulayıb.

O, üzv dövlətləri və işgüzar dairələri bu ilin iyulunda İssık-Kul vilayətində fəaliyyətə başlayan “Tamçı” Xüsusi Maliyyə İnvestisiya Ərazisinin imkanlarından birgə layihələrin həyata keçirilməsi üçün istifadə etməyə dəvət edib.

Qırğızıstan Prezidenti nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsinin də vacibliyini qeyd edərək, “Çin - Qırğızıstan - Özbəkistan” dəmir yolunun tikintisi layihəsini bu istiqamətdə əsas praktiki addımlardan biri adlandırıb.

Bundan əlavə, Sadır Japarov mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsinin və ŞƏT-in vahid texnoloji məkanının formalaşdırılmasının vacibliyini vurğulayıb.

“Dövlətlərin müasir texnologiyalara bərabər çıxışını təmin etmək vacibdir ki, rəqəmsal bərabərsizlik yeni ayırıcı xəttə çevrilməsin”, - deyə prezident bildirib.

İclasın sonunda Sadır Japarov ŞƏT-də sədrliyi Pakistana təhvil verib.

Məqalədə: #Qırğızıstan #Sadır Japarov #Bişkek #təhlükəsizlik #ŞƏT #əməkdaşlığ #iqtisadi #dövlətlərin başçıları #Şura iclasında #beynəlxalq və regional məsələlərə #təşkilatın gələcək inkişafına #mədəni-humanitar

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.