10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir? Səhabə həyatı
Səhabə həyatı

Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

İslamın nuru Mədinədə yayılmağa başladıqca, Peyğəmbərimiz (s.ə.s) nazil olan ayələri insanlara çatdırır və xüsusilə "Əhli-Kitabı" (yəhudi və xristianları) bu uca dinə dəvət edirdi. Qurani-Kərimdə Allaha səmimiyyətlə bağlanan və Onun ayələrini dünya mənfəətinə satmayan kitab əhli müjdələnirdi. Bu müjdəyə nail olanların başında isə yəhudi alimi Abdullah bin Səlam gəlirdi.

31 May 2026 18:00
Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

BAKI,VOA

İslamın nuru Mədinədə yayılmağa başladıqca, Peyğəmbərimiz (s.ə.s) nazil olan ayələri insanlara çatdırır və xüsusilə "Əhli-Kitabı" (yəhudi və xristianları) bu uca dinə dəvət edirdi. Qurani-Kərimdə Allaha səmimiyyətlə bağlanan və Onun ayələrini dünya mənfəətinə satmayan kitab əhli müjdələnirdi. Bu müjdəyə nail olanların başında isə yəhudi alimi Abdullah bin Səlam gəlirdi.

Peyğəmbərlik əlamətlərinin axtarışında

Abdullah bin Səlam hələ İslamı qəbul etməmişdən əvvəl Tövratı dərindən bilir və axırzaman peyğəmbərinin gəlişini gözləyirdi. O, bu hadisəni belə nəql edir:

“Rəsulullahın (s.ə.s.) peyğəmbərliyini eşidəndə çox sevindim, çünki onun adını və əlamətlərini bilirdim. O, Qubaya ( Səudiyyə Ərəbistanında bölgə) gələndə mən xurma ağacının başında idim. Xəbəri eşidincə 'Allahu əkbər!' deyə təkbir gətirdim. Bibim təəccüblənəndə ona dedim: 'Ey bibim, and olsun ki, o, Musa ibn İmranın gözlənilən qardaşıdır'.”

Abdullah dərhal Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girdi. Peyğəmbərimizin nurani çöhrəsini görən kimi özünü saxlaya bilməyib: “Vallah, bu simada yalan olmaz!” — deyə nida etdi.

"İxlas" surəsi və böyük şəhadət

Rəsulullah (s.ə.s.) ondan Tövratda özünə aid əlamətlər barədə soruşduqda, Abdullah Allahın vəsfini soruşaraq cavab verdi. Həmin an Allah-Təala "İxlas" surəsini nazil etdi:

“De: O Allah birdir... O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!”

Bu ayələri eşidən Abdullah dərhal kəlmeyi-şəhadət gətirərək müsəlman oldu. Onun vəsiləsi ilə bütün ailəsi və bibisi Xalidə də (r.a.) İslamın nurlu dairəsinə daxil oldular.

Yəhudilərin inkarı və sarsılmaz iradə

Abdullah bin Səlam müsəlman olmazdan əvvəl yəhudilər arasında böyük ehtirama malik idi. Bir gün Rəsulullah (s.ə.s.) yəhudiləri toplayaraq onlardan Abdullahın necə bir insan olduğunu soruşdu. Onu tərifləyən yəhudilərə Abdullah özü cavab verdi: “Mən şahidlik edirəm ki, o, Allahın Rəsuludur. Ona iman etdim!” Bunu eşidən yəhudilər dərhal onu təhqir etməyə başladılar. Abdullah isə onların bu dönüklüyünü əvvəlcədən Peyğəmbərimizə xəbər vermişdi.

Qurani-Kərimdə ona işarə edən ayələr

Abdullah ibn Səlamın fəziləti o qədər uca idi ki, Qurani-Kərimin bir neçə ayəsində ona işarə edildiyi bildirilir:

"Rad" surəsi, 43: “...kitabı bilənlərin şahid olması yetər!”

"Ahqaf" surəsi, 10: “...İsrail oğullarından da bir şahid onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə...”

Təfsir alimləri bu ayələrdəki "şahid" obrazının məhz Abdullah bin Səlam olduğunu qeyd edirlər.

Cənnətlə müjdələnən onuncu şəxs

Muaz bin Cəbəl (r.a.) ölüm ayağında olarkən elmi dörd nəfərdən, o cümlədən Abdullah bin Səlamdan öyrənməyi vəsiyyət etmişdi. Çünki Rəsulullah (s.ə.s.) onun haqqında belə buyurmuşdu: “Abdullah bin Səlam cənnətdə on nəfərin onuncusudur.”

Abdullah bin Səlam ömrünün sonuna qədər haqqın tərəfində oldu, Tövratdakı həqiqətlərin gizlədilməsinə qarşı çıxdı və Hz. Osmanın şəhadəti zamanı müsəlmanları ixtilaflardan qorumağa çalışdı. Bu böyük alim və səhabə hicri 43-cü ildə vəfat etdi.

Məqalədə: #İslam irsi #Səhabə həyatı #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Səhabə #Məhəmməd Peyğəmbər #Peyğəmbər duaları #səhabə adlarından sonra dua #Yuxuda səhabə görmək #Hicrət zamanı hər şeyini itirən səhabə – Süheyb Rumi #Abdullah ibn Səlam #Əhli-Kitab #Cənnətlə müjdələnlər

Mövzu üzrə digər xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
İslam və həyat: Şəriət sualları

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?

00:21
Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı
Səhabə həyatı

Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

28 İyun 09:00
İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı
Səhabə həyatı

İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

10 May 13:02
Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması
Səhabə həyatı

Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması

26 Aprel 00:04

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.