11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

Səudiyyə Ərəbistanında gənc qadınlar üçün yay tətili artıq dincəlmək deyil, inkişaf etmək mənasını verir. Krallıq boyu məktəblilər və tələbələr diplom almazdan xeyli əvvəl ənənəvi istirahəti proqramlaşdırma təlimlərinə, klinik təcrübələrə və korporativ təcrübə proqramlarına dəyişirlər; onların əsas məqsədi rəqabətədavamlı tərcümeyi-hal formalaşdırmaq və əmək bazarında üstünlük əldə etməkdir.

18 Avqust 2026 12:24
Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

Səudiyyə Ərəbistanında gənc qadınlar üçün yay tətili artıq dincəlmək deyil, inkişaf etmək mənasını verir. Krallıq boyu məktəblilər və tələbələr diplom almazdan xeyli əvvəl ənənəvi istirahəti proqramlaşdırma təlimlərinə, klinik təcrübələrə və korporativ təcrübə proqramlarına dəyişirlər; onların əsas məqsədi rəqabətədavamlı tərcümeyi-hal formalaşdırmaq və əmək bazarında üstünlük əldə etməkdir.

Səudiyyə özəl sektoru milliləşdirir - layihə rəhbərliyinə 70 faiz yerli kadr tələbi qoyulur

Ər-Riyaddakı məktəblərdən birində 10-cu sinfə qədəm qoyan Alaa Buxari tətilinin bir hissəsini kodlaşdırma, süni intellekt və sahibkarlıq üzrə praktiki bacarıqlar qazandığı "İnkişaf edən İnnovatorlar" proqramında keçirib.

Səudiyyədə ən çox nəyə pul xərclənir? – Həftəlik xərcləmə statistikası Bunu da oxuyun Səudiyyədə ən çox nəyə pul xərclənir? – Həftəlik xərcləmə statistikası

"Gələcək imkanlar, xüsusən də universitet müraciətləri üçün tərcümeyi-halımı zənginləşdirməklə yanaşı, müxtəlif peşələri araşdırmaq istəyirdim. Düşünürəm ki, fərqli sahələrlə nə qədər erkən tanış olsam, nədən zövq aldığımı və nəyin ardınca getmək istədiyimi bir o qədər yaxşı anlayaram" –dey, Buxari bildirib.

Buxarinin karyera marağı erkən yaşlarda formalaşıb. O, orta məktəbdə oxuyarkən ali təhsil və portfel toplamaq barədə strateji düşünməyə təşviq edən müəllim və rəhbər heyətinin dəstəyi ilə peşə istiqaməti barədə düşünməyə başlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası özünün 62-ci sessiyasında Səudiyyə Ərəbistanının təqdim etdiyi “Kibertəhlükəsizlik sahəsində qadınların səlahiyyətləndirilməsi və rolunun artırılması” barədə qətnaməni yekdilliklə qəbul edib. Bu qərar İslam Dünyası Liqası (MWL) və digər nüfuzlu regional təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Erkən karyera hazırlığındakı bu yüksəliş ölkədəki ümumi dinamikanı əks etdirir. "Vizyon 2030" proqramı çərçivəsində Səudiyyə Ərəbistanı gəncləri peşəkar bacarıqlarla təmin etmək üçün böyük investisiyalar yatırmağa davam edir. İnsan Potensialının İnkişafı Proqramına əsasən, 2025-ci ildə 15–24 yaş arası 350 min səudiyyəli erkən məşğulluğa cəlb olunub, yüksək ixtisaslı vəzifələrdə çalışan yerli vətəndaşların payı isə 39.9 faizə yüksəlib.
##

Təşəbbüsə qoşulmazdan əvvəl problemlərin həllinə çox sadə yanaşdığını etiraf edən Buxari innovasiyanın ideyaları sınaqdan keçirmək, rəy almaq və onları təkmilləşdirmək kimi mərhələlərdən ibarət bir dövrə olduğunu öyrəndiyini bildirib. O, texniki biliklərlə yanaşı, komanda işi və fərqli düşüncəyə malik insanlarla işləyərkən düzgün liderlik bacarıqlarını inkişaf etdirməyə çalışır.

Məhəmməd bin Salmanın vizyonu - 10 ildə dəyişən Krallıq Bunu da oxuyun Məhəmməd bin Salmanın vizyonu - 10 ildə dəyişən Krallıq

Mədinədə isə məktəbli Dim əl-Huceyli yay tətilini kibertəhlükəsizlik şirkətində təcrübə keçərək dəyərləndiri.

"Mən memar olmaq istəyirdim, lakin bu kibertəhlükəsizlik şirkətinə qoşulduqdan və onların iş prosesini gördükdən sonra universitetə müraciət zamanı kompüter elmləri mənim üçün əsas variantlardan biri ola bilər".-deyə o qeyd edib.

Yay tətillərindən maksimum yararlanmaq həvəsi ali təhsil müəssisələrində də geniş yayılıb. Təhsilinin son illərində olan tibb fakültəsi tələbəsi Linə əd-Dəxilallah tətilini müxtəlif ixtisaslar üzrə gərgin klinik mühitlərdə işləməyə həsr edib.

Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

"Xüsusilə tibb sahəsində nəzəriyyəni öyrənməklə bu biliklərin real xəstələrə və klinik qərarlara necə tətbiq edildiyini görmək arasında böyük fərq var. Karyera quruculuğu mütləq diplom aldıqdan sonra başlamır; bunun böyük hissəsi hələ tələbə ikən başlaya bilər".- deyə Dəxilallah bildirib.

Əd-Dəxilallah vurğulayıb ki, gənc səudiyyəli qadınlar arasında karyera inkişafını məzuniyyət sonrasına saxlamamaq barədə güclü şüur formalaşıb və milli təşəbbüslər qadınları daha erkən addımlar atmağa həvəsləndirir.

Məqalədə: #Səudiyyə Ərəbistanı gənc qadın liderlər #Səudiyyə Vizyonu 2030 gənclər siyasəti #İnsan Potensialının İnkişafı Proqramı Səudiyyə #kibertəhlükəsizlik və süni intellekt təlimləri #Səudiyyə məktəbliləri yay təcrübəsi #qadınların əmək bazarında iştirakı Səudiyyə #erkən məşğulluq və karyera hazırlığı #Səudiyyə Ərəbistanında təhsil islahatları #Saudi female leaders summer internships #Vision 2030 youth development initiatives #Human Capability Development Program Saudi 2025 #high school students coding bootcamps Saudi #cybersecurity internships Madinah students #Emerging Innovators retail track Riyadh

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib

10 Sentyabr 19:45
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir

10 Sentyabr 18:12
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Səudiyyə Ərəbistanı

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir

10 Sentyabr 13:38
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.