12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Bin Salmanın təşəbbüsü qlobal status aldı – qadınların rolu artırılır

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası özünün 62-ci sessiyasında Səudiyyə Ərəbistanının təqdim etdiyi “Kibertəhlükəsizlik sahəsində qadınların səlahiyyətləndirilməsi və rolunun artırılması” barədə qətnaməni yekdilliklə qəbul edib. Bu qərar İslam Dünyası Liqası (MWL) və digər nüfuzlu regional təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

8 İyul 2026 12:15

ArabAZ xəbər verir ki, sözügedən beynəlxalq qətnamə Səudiyyə Ərəbistanının Vəliəhdi Şahzadə Məhəmməd bin Salman tərəfindən 2020-ci ildə başladılmış qlobal təşəbbüsün hüquqi davamıdır. Krallığın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi tərəfindən irəli sürülən bu sənəd qadınların kiber-sferada peşəkar iştirakını təşviq etmək və dünya miqyasında müvafiq rəqəmsal bacarıqları inkişaf etdirmək məqsədi daşıyır.

Məhəmməd bin Salmanın vizyonu - 10 ildə dəyişən Krallıq Bunu da oxuyun Məhəmməd bin Salmanın vizyonu - 10 ildə dəyişən Krallıq

Səudiyyə Ərəbistanının BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Əbdülmöhsin bin Xoteyla sessiyadakı çıxışında vurğulayıb ki, bu təşəbbüs Krallığın beynəlxalq əməkdaşlığı gücləndirmək, ölkələrə texniki yardım göstərmək və kadr potensialının artırılması səylərini dəstəkləmək istiqamətindəki sadiqliyinin bariz nümunəsidir.

İslam dünyasından rəsmi dəstək bəyanatları

İslam Dünyası Liqasının baş katibi və Müsəlman Alimlər Təşkilatının prezidenti dr. Məhəmməd bin Əbdülkərim əl-İssa həm rəhbərlik etdiyi qurum, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adından bu qərarı yüksək qiymətləndirib. Əl-İssa “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edərək bu fikirləri qeyd edib:

“Hər iki təşkilat Səudiyyə Ərəbistanı Krallığının daha təhlükəsiz və inklüziv qlobal kiber-məkanın qurulmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməkdə oynadığı aparıcı rolla fəxr etdiyini bir daha bəyan edir”.

Məqalədə: #Səudiyyə Ərəbistanı #İslam Əməkdaşlıq Təşkilatı #İslam Dünyası Liqası #Birləşmiş Millətlər Təşkilatı #ArabAZ #ArabAZ eksklüziv #Kibertəhlükəsizlik sahəsində qadınların səlahiyyətləndirilməsi və rolunun artırılması #Şahzadə Məhəmməd bin Salman #Əbdülmöhsin bin Xoteyla #Müsəlman Alimlər Təşkilatının prezidenti

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib

22:31
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
Səudiyyə Ərəbistanı

Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib

20:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.