Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ölkəsinin husilərin hücumlarına qarşı özünü müdafiə etməkdən çəkinməyəcəyini bildirib.
ArabAZ xəbər verir ki,nazir Rusiyanın paytaxtı Moskvada açıqlamasında Səudiyyə Ərəbistanının öz maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini deyib.
Feysəl bin Fərhan husiləri Yəməndə çətin vəziyyətə düşdükdə zorakılığa əl atmaqda və ölkə daxilindəki problemləri Səudiyyə Ərəbistanına yönəltməyə çalışmaqda ittiham edib.
O, husilərlə diplomatik həll üçün imkanların hələ də açıq olduğunu bildirib. Bununla belə, nazir husilərin çətin vəziyyətə düşdükdə yenidən zorakılığa əl atdığını qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da husilərin Səudiyyə Ərəbistanında mülki obyektlərə hücumlarının qəbuledilməz olduğunu vurğulayıb. O, Bab əl-Məndəb boğazında təhlükəsizliyin və naviqasiya azadlığının təmin edilməsinin vacibliyini qeyd edib.