10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın nüfuzlu türkoloqlarından olan İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi

Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 23 oktyabr 2024-cü il tarixində Fondun qərargahında Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi.

24 Oktyabr 2024 14:48
Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın nüfuzlu türkoloqlarından olan İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi

Bakı, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 23 oktyabr 2024-cü il tarixində Fondun qərargahında Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Türk dövlətlərinin Azərbaycan Respublikasındakı səfirləri və diplomatları, eləcə də elmi dairələrin təmsilçiləri və ziyalılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi Mandokinin nailiyyətlərindən bəhs etdi, alimin ömrünün əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini qeyd etdi.

Aktotı Raimkulova Mándokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək, öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğuladı.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün önəm daşıdığını vurğuladı. Səfir Macarıstanın 2018-ci ildə Türk Dövləltəri Təşkilatına müşahidəçi qismində qatıldığını bildirdi. O, Macarıstan türkoloqlarının Türk Dünyasına dair vacib araşdırmalar yürütdüyünü qeyd etdi. Tamaş Yojef Torma tədbirin yüksək səviyyədə təşkil olunmasına və səmərəli əməkdaşlığa görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirdi.

Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs Mandokinin həyat və yaradıcılığı, eləcə də Kıpçak-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış etdilər.

Onların tədqiqatları barədə vodeogörüntülər nümayiş olundu.

Tədbirdə Özbəkistanın və Qırğızıstanın Azərbaycandakı səfirləri Bahrom Aşrafxanov və Maksat Mamıtkanov, Azərbaycanın görkəmli dövlət xadimi, Macarıstan-Azərbaycan əlaqələrinə töhfələr vermiş Həsən Həsənov, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış edərək, türk birliyində Macarıstanın yeri, Türk dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafına verilən töhfələr barədə fikir bildirdilər.

Musiqi nömrələri ilə davam edən tədbir çay süfrəsi arxasındakı maraqlı, polemik söhbətlərlə yekunlaşdı.

Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın nüfuzlu türkoloqlarından olan İştvan Mandokiyə həsr olunmuş tədbir keçirildi
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.