9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib

41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə" kitabının təqdimatı keçirilib

4 Noyabr 2024 17:29
Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib

Bakı, AzerVoice

41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə" kitabının təqdimatı keçirilib

AzerVoice məlumat verir ki, 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi 2023-ci ilin 6 fevralında Türkiyədə baş verən zəlzələ qurbanlarına həsr olunan şeirlərdən və fotolardan ibarət “Səninləyik Türkiyə” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın sərgi iştirakçılarına, o cümlədən tədbirə qatılanlara ünvandadığı məktubun oxunması ilə açılıb. Məktubda Fondun fəaliyyətindən, təsis etdiyi yeni kitab seriyalarından bəhs edən professor Aktotı Raimkulova təqdimatı keçirilən "Səninləyik, Türkiyə" adlı kitab haqqında ətraflı məlumat verib: "Kitabda Türk dünyasının görkəmli şairlərinin 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı şeirləri toplanıb. Şeirləri bu kitaba daxil olan şairlərə təşəkkür etmək və Uca Yaradanın bir daha Türk dünyasına bu cür faciələrə səbəb olmamasını arzulayıram. Biz də öz növbəmizdə Türk Mədəniyyəti və İrsi Fondu olaraq bir daha həmin sloqana uyğun olaraq bəyan edirik: “Səniləyik, Türk dünyası”.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, təqdim olunan kitabın tərtibçi və tərcüməçisiSəlim Babulloğlu çıxış edərək bildirib ki: “Biz bu nəşr layihəsini bir neçə ay ərzində icra etdik və zəlzələ qurbanlarına aid şeirləri və fotoları topladıq. Bu antologiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur, tatar, qaqauz şairlərin, bir sözlə böyük türk dünyasını əhatə və təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri poetik əsərləri kitabda yer alıb”.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev təqdim olunan kitab haqqında, ümumən layihənin əhəmiyyəti xüsusunda geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin tarixi və mənəvi önəmindən bəhs edib.
Ən uzaq və yaxın tarixdə baş verən oxşar hadisələr barədə düşüncələrin paylaşan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincandabaş verən zəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” ilə şeirihaqqında danışaraq və Azərbaycanlı fikir adamların heç zaman Türkiyənin dərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini öz kədəri, sevincini milli sevinci kimi yaşadığını dilə gətirib.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabda yer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarına çevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlər barədə fikir yürüdüb. Həmçinin F.Hüseyn zəlzələdə atası həlak olmuş 12 yaşlı Cəmilə adlı qızcığaza həsr etdiyi “Dünyanın ən uzun otuz saatı” adlı şeirinin yaranma tarixcəsindən də söz açıb.
Çıxış üçün növbəti söz tanınmış şair, alim Qismət Rüstəmova verilib. Q.Rüstəmov “Ədəbiyyat və faciə” adlı məruzəsi tədbir iştirakçılarının geniş marağına səbəb olub.
Qeyd edək ki, tədbirdə tanınmış qirəətçilər Hüseynağa Aslanov və Jalə Novruzun ifasında kitabda yer alan bir sıra şeirlər səsləndirilib.
Tədbirin sonunda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli oxuculara “Səninləyik Türkiyə”kitabları hədiyyə olunub.

Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib Türk Mədəniyyəti və İrsi Fondu  Səninləyik, Türkiyə kitabının təqdimatını keçirib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09

Son Xəbərlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
19:37
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.