6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səhiyyə Nazirliyinin kollektivi Vətən müharibəsində şəhid olan həkimlərimizin xatirəsini ehtiramla yad ediblər

Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Bu gün xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

8 Noyabr 2024 12:07
Səhiyyə Nazirliyinin kollektivi Vətən müharibəsində şəhid olan həkimlərimizin xatirəsini ehtiramla yad ediblər

Bakı, AzerVoice

Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Bu gün xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir.

Səhiyyə Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, Böyük Qələbə Gününün 4-cü ildönümü ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, Səhiyyə Nazirliyinin Aparatı və tabeliyindəki qurumların rəhbər şəxsləri İkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həkim və tibb işçilərinin əziz xatirəsi böyük ehtiramla anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!

Səhiyyə Nazirliyinin kollektivi Vətən müharibəsində şəhid olan həkimlərimizin xatirəsini ehtiramla yad ediblər
Məqalədə: #Zəfər Günü

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşım edilib
Rəsmi Xronika

Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşım edilib

9 May 23:11
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

21 Noyabr 2025 21:08
Ceyhun Bayramov Pakistanın ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət

Ceyhun Bayramov Pakistanın ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

13 Noyabr 2025 18:30
Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
ArabSport

Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

9 Noyabr 2025 22:18

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.