12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.

9 Noyabr 2025 22:18
Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

BAKI, AzerVoice

9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.

AzerVoice xəbər verir ki, yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz kompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs nömrələri tamaşaçılara təqdim olunub. Arenada toplaşan izləyicilər bu performansları böyük maraqla izləyərək həm əyləncəli, həm də ilhamverici anlar yaşayıblar. Bu, eyni zamanda, Azərbaycanın gimnastikaya verdiyi yüksək önəmi bir daha nümayiş etdirib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazir şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, ruhlarının şad olmasını arzulayıb, qazilərimizə isə sağlam və xoşbəxt ömür diləyib. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gimnastikaya göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Fərid Qayıbov, həmçinin, ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə aparırlar. Bu gün start götürən yarışa 11 noyabr tarixində yekun vurulacaq.

Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO) Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO) Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO) Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO) Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
Məqalədə: #Prezident İlham Əliyev #Mehriban Əliyeva #Avropa çempionatı #Gəncə #Fərid Qayıbov #Zəfər Günü #Dövlət Bayrağı günü #Azərbaycan Gimnastika Federasiyası

Mövzu üzrə digər xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.