Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı keçirilib. Tədbirdə dövlət rəsmiləri milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıblar. Festivalın artıq ənənəvi və beynəlxalq xarakter aldığı bildirilib. Açılışdan sonra konsert proqramı təqdim olunub. Ziyarətçilər üçün milli idman növləri, xalçaçılıq və sənətkarlıq sərgiləri, folklor çıxışları təşkil edilib. Festivalda milli mətbəx nümunələri və "Yaylaq süfrəsi" də nümayiş etdirilir. Tədbir yerli və xarici turistlərin böyük marağına səbəb olub.
Azərbaycanda bir ilk: intellektual və fiziki yarışların vəhdətini təmin edən Mərkəzin açılışı həyata keçirilib
May ayının 1-də Azərbaycanda ilk dəfə şahmat məktəbi + basketbol meydançası birlikdə olan xüsusi ixtisaslaşmış Mərkəzin açılış mərasimi baş tutub. Layihə Qusar rayonunda İsfa Sporting İdman Klubu tərəfindən reallaşdırılıb. Layihənin həyata keçirilməsinə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi dəstək göstərilib.
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir
Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumuna start verilib. Forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.
Azərbaycanda ilk dəfə Dağ xizəyi üzrə Beynəlxalq turnir keçirilir
Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti postunda qalıb. Bu barədə Avropa Gimnastikası məlumat yayıb.
Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmlə görüş keçirib.
Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.
Fərid Qayıbov COP10-un sədri seçilib
Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb. Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.