6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

21 Dekabr 2025 12:12
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib


BAKI, AzerVoice

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

AzerVoice-un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda milli paralimpiya hərəkatının ötən illər ərzində böyük inkişaf yolu keçdiyi, Prezident İlham Əliyevin paralimpiya idmanına göstərdiyi xüsusi diqqət nəticəsində idmançıların tarixi uğurlar qazandığı vurğulanıb. Qeyd edilib ki, uşaq paralimpiyaçılar da bu nailiyyətləri davam etdirmək əzmindədirlər.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradıcı heyəti musiqi nömrələri təqdim edib.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib və 8 idman növü üzrə mübarizə aparıblar: paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia. Bu ilki Oyunlar əvvəlkilərə nisbətən daha çox idman növünü əhatə edib.

Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim olunub. Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi əlilliyi olan uşaqları idmana cəlb etmək və onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil edəcək yeni paralimpiyaçı nəslini yetişdirməkdir.

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #Gənclər və İdman Nazirliyi #Sumqayıt #DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Fərid Qayıbov #İlham Zəkiyev #Sosial Xidmətlər Agentliyi #Anar Əliyev #ƏƏSMN #Hidayət Abdullayev #Milli Paralimpiya Komitəsi #Azercell Telecom #Çingiz Hüseynzadə #Anar Bayramov #Fuad Hacıyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.