836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb
Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Ötən dövrdə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır.
Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İradə Çeredelina və Sara Kərimova qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatında II yerin qalibi olublar. Onlar Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif ediliblər.
Sosial xidmət müəssisələrinin gənc sakinləri ahıllarla bir gün keçirdilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər. 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.
Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.
“Sosial işin idarə olunması” elektron sistemi istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarə olunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.
Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan 2 mobil tətbiq Milli İnternet Mükafatına layiq görülüb. “MilliNet 2025” müsabiqəsinə ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resurs, o cümlədən Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan iki layihə təqdim edilib.
Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib. Qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.
Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb. Tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.
Bu il Sosial Xidmətlər Agentliyi gözdən əlilliyi olan 30-a yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu il 28 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Repatriasiya olunan 556 nəfərlə sosial reabilitasiya işi aparılıb
Ötən dövrdə ümumilikdə 556 nəfərlə iş aparılıb. Onlardan 489-u uşaq, 65-i qadın, 2 nəfər isə kişidir. Bu kateqoriyaya aid şəxslərin yaşadıqları ailələrin sayı 193-dür.