7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb. Tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.

26 Noyabr 2025 17:13
Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

BAKI,AzerVoice

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb.

AzerVoice xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.

Qonaqlara Agentliyin və müəssisənin fəaliyyəti, göstərilən xidmətlərin istiqamətləri və reabilitasiya prosesi barədə məlumat verilib. Qeyd edilib ki, müəssisədə hazırda 150-yə yaxın uşaq stasionar şəraitdə sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Səfir əlilliyi olan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib. O, Azərbaycanda həssas əhali qruplarına göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirdiyini bildirib. Lu Mey həmçinin Heydər Əliyev Fondunun həssas əhali qrupları, o cümlədən əliliyi olan uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və onlarda xüsusi qayğıya ehtiyacı olan 285 uşaq dövlət himayəsində yaşayır. Bu müəssisələrdə uşaqların sosial reabilitasiyası və sosial adaptasiyası, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində işlər aparılır.

Məqalədə: #Çin #Heydər Əliyev Fondu #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Sosial Xidmətlər Agentliyi #Lu Mey #sosial xidmət müəssisəsi #sosial reabilitasiya #Xəzər Rayon İcra Hakimiyyəti

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.