10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç

"Neom" heyətində Səid Benrahma və Giorqos Masuras kimi aparıcı futbolçuların yoxluğu hücum potensialını zəiflədir.

7 Sentyabr 2026 08:07
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç

Səudiyyə Pro Liqasının altıncı turu bazar ertəsi keçiriləcək iki qarşılaşma ilə start götürür. Riyaddakı "Kingdom Arena"da vahid lider "Əl-Hilal" turnir cədvəlində yuxarı pillələrə can atan "Neom" klubunu qəbul edəcək. Dəmmamda isə ötən tur ağır məğlubiyyətlərlə üzləşən "Əl-Xəlic" və "Ər-Riyad" komandaları turnir cədvəlindəki vəziyyətlərini düzəltmək üçün meydana çıxacaqlar.

ArabAZ xəbər verir ki, İtalyan mütəxəssis Simone İnzaqinin rəhbərliyi altında mövsümə parlaq başlayan "Əl-Hilal" beş oyundan maksimum – 15 xal toplayaraq vahid liderlik statusunu qoruyur. Ötən tur "Əş-Şəbab" üzərində qazanılan 2:0 hesablı qələbə və ən yaxın izləyicisi "Ən-Nəsr"in səfərdə "əl-İttihad"la matçda xal itirməsi "Əl-Hilal"ın mövqeyini daha da möhkəmləndirib. Son iki mövsümdür çempionluqdan uzaq qalan klub bu qarşılaşmada ardıcıl altıncı qələbəsini hədəfləyir. Komandanın hücum xəttində ingilis ulduz Olli Uotkins, braziliyalı Qabriel Martinelli və niderlandlı Krisensio Sammervill kimi güclü adlar yer alır. Lakin müdafiə xəttində itkilər davam edir; fransalı Teo Hernandes və Əli Lacami zədə səbəbindən hələ də yaşıl meydanlardan kənardadır.

Qonaq "Neom" isə iki ardıcıl məğlubiyyətdən sonra ötən tur "Əl-Xəlic"i 3:0 hesabı ilə darmadağın edərək xallarını doqquza çatdırıb və yeddinci pilləyə yüksəlib. "Neom"un fransalı baş məşqçisi Kristof Qaltye komandasının meydana qorxu ilə deyil, qələbə əzmi ilə çıxacağını vurğulayıb: "Əl-Hilal" Səudiyyə Ərəbistanının və Asiyanın ən güclü komandalarındandır, beş oyuna 17 qol vurublar və heyətlərini İngiltərə Premyer Liqasından oyunçularla gücləndiriblər. Onlara hörmət etmək lazımdır, lakin qorxmaq olmaz. Riyada qələbə əzmi ilə yollanırıq". Qonaqlarda Səid Benrahma, Əbdüləziz əl-Osman və yunanıstanlı Giorqos Masuras zədə səbəbindən oynamayacaq; argentinalı Valentin Vadanın meydana ilk dəqiqələrdən çıxması isə hələ də sual altındadır.

Günün digər oyununda - Dəmmamda isə Portuqaliyalı Joze Qomeşin baş məşqçisi olduğu "Əl-Xəlic" mövsümdə ilk qələbəsini axtarır. Son iki turda "Əl-Hilal"a 1:5, "Neom"a isə 0:3 hesabı ilə məğlub olaraq qapısında səkkiz qol görən komanda 3 xalla 16-cı yerdə qərarlaşıb. Braziliyalı Maurisio Dulakın çalışdırdığı "Ər-Riyad" isə ötən tur "Əl-Əhli"yə 0:5 hesabı ilə uduzmasının əvəzini çıxmaq niyyətindədir; 4 xalla 12-ci yerdə olan paytaxt təmsilçisi qələbə qazanaraq təhlükəli zonadan uzaqlaşmaq istəyir.

Məqalədə: #Neom #Neom 2029 Qış Oyunları #Neom Qış Oyunları loqosu #Snoubord yarışları Neom #Neom turizm və idman #Neom 2029 idman obyektləri #NEOM layihəsi #Əş-Şəbab #Əl-Hilal #Səudiyyə Pro Liqası #Simon İnzaqi #Simone İnzaqi Əl Hilal oyunu #Simone Inzaghi Al Hilal performance review #Simone Inzaghi Al Hilal #Kingdom Arena #Səudiyyə Pro Liqası liderliyi

Mövzu üzrə digər xəbərlər

Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

11:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.