12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib. Qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.

17 Dekabr 2025 18:57
Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

BAKI,AzerVoice

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib.

AzerVoice xəbər verir ki, qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.

Onlar Qarabağ “DOST Evi”ndə təsviri incəsənət, floristika, xalçaçılıq və musiqi istiqamətləri üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirəcəklər. Bununla da müəssisədə xidmətlərdən yararlanan benefisiarların sayı 72 nəfərə çatıb.

Qarabağ “DOST Evi”ndə həmçinin kulinariya, toxuma, tikmə və bədii oyma üzrə üzrə təlimlər də keçirilir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim müddətini uğurla tamamlayan 4 benefisiar hazırda şöbədə təlimçi kimi fəaliyyətini davam etdirir.

Müəssisə Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq potensiallarını inkişaf etdirməsinə dəstək göstərir.

Bölgənin bu kateqoriyadan olan sakinləri DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək Qarabağ “DOST Evi”nin xidmətlərindən faydalanmaq üçün qeydiyyata alına bilərlər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəsmi sosial media hesabları və "142" Çağrı Mərkəzinə müraciət edərək əlavə məlumat almaq mümkündür.

Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib
Məqalədə: #DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi #Sosial Xidmətlər Agentliyi #Qarabağ DOST Evi #floristika #xalçaçılıq #musiqi

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
20:47
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
20:43
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
20:40
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
20:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.