11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan 2 mobil tətbiq Milli İnternet Mükafatına layiq görülüb. “MilliNet 2025” müsabiqəsinə ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resurs, o cümlədən Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan iki layihə təqdim edilib.

18 Dekabr 2025 13:14
Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb


BAKI, AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan 2 mobil tətbiq Milli İnternet Mükafatına layiq görülüb.

Bu barədə AzerVoice-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

“MilliNet 2025” müsabiqəsinə ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resurs, o cümlədən Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan iki layihə təqdim edilib.

Onlardan Agentliyin “Övladını tanı” mobil tətbiqi “İlin innovativ həlli” nominasiyasında 2-ci yerə, “Tiflo TV” mobil tətbiqi isə “İlin informasiya resursu” nominasiyasında 2-ci yerə layiq görülüb.

“Övladını tanı” mobil tətbiqi vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafını izləyə bilir.

Bir il əvvəl istifadəyə verilən “Tiflo TV” mobil tətbiqində isə bir sıra sənədli, bədii və cizgi filmləri görmə imkanları məhdud şəxslərin maraqları əsas götürülməklə və tanınmış aktyorlar tərəfindən səsləndirilməklə tiflo şərh formatında təqdim edilir.

Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb Sosial Xidmətlər Agentliyinin 2 mobil tətbiqi Milli İnternet Mükafatına layiq görülüb
Məqalədə: #Azərbaycan #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Sosial Xidmətlər Agentliyi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.