5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

26 Noyabr 2024 15:46
BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək

Bakı, AzerVoice

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.

Fəaliyyət çərçivəsində Agentliyin müvafiq minatəmizləmə fəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi, zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyu yerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətləri üçün töhfəsinə görə qarşı tərəfə təşəkkür edib.

Görüşdə qonağa işğaldan azad olunmuş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfir Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göstərilən bu yardımı dost Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək
Məqalədə: #Birləşmiş Ərəb Əmirlikləri #ANAMA

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

14:26
BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
BƏƏ

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

3 Sentyabr 19:30
BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib
BƏƏ

BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

2 Sentyabr 22:06
Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Cəmiyyət

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2 Sentyabr 11:25

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.