10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib

Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib.

27 Noyabr 2024 12:33
TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib

Bakı, AzerVoice

Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı TDT baş katibinin müavini Merey Mukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrin diasporlarının hazırkı vəziyyəti ilə bağlı mühüm məsələlər ətrafında geniş müzakirələr aparıb. Tərəflər diasporlarla əməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində səylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi proqramlarının effektivliyinin və diaspor potensialının artırılması, həmçinin gənclərin iştirakı ilə keçiriləcək Türk Diaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi və akademik təşəbbüslərində türk diaspor nümayəndələrinin daha geniş iştirakının təmininə diqqət yetirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək görüş iştirakçılarına Komitənin sədri Fuad Muradovun salamlarını çatdırıb. Sədr müavini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldığından bəhs edib. Azərbaycan və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının son zamanlar daha da intensiv xarakter aldığını söyləyib. TDT çərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına əsasən keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlərin, müxtəlif proqram və forumların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyinin qorunmasına önəm verilməsi, buna uyğun olaraq bazar günü məktəblərinin təşviq edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə DİDK tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün 2-ci təcrübə proqramının, Çexiyada isə Türkdilli Diasporların 3-cü Potensialartırma təlim proqramının keçirilməsinə dair razılığa gəlinib.

Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan mədəniyyətlərini nümayiş etdirən sərgi təşkil olunub.

TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib
Məqalədə: #Türk Dövlətləri Təşkilatının (TDT)

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.