14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu

Tədbirdə hər üç sahə üzrə tanınmış mütəxəssislər çıxış ediblər:

21 Dekabr 2024 10:46
“Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu

Bakı,AzerVoice

19 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” (GMD) İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Karyerada Peşəkarlıq” Forumu keçirilib.

Bu barədə AzerVoice-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiilə başlayıb. Keçirilən forumda Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Bakı Dövlət Universiteti THİK sədri Zöhrab Cavadzadə , “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin (GMD) sədri Aynurə Salmanlı Ələkbərli iştirak ediblər.

Tədbirdə iş dünyasının üç əsas istiqaməti – HR (İnsan Resursları), PR (İctimaiyyətlə Əlaqələr) və PM (Layihə İdarəçiliyi) sahələrinə toxunulub.

Tədbirdə hər üç sahə üzrə tanınmış mütəxəssislər çıxış ediblər:

• PR sahəsi üzrə: Urfan Orucov, Kontakt Home-un Yaradıcılıq və Art Dizayn şöbəsinin rəhbəri.

• PM sahəsi üzrə: İlkin Haxverdiyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Layihələrin İcrasında Nəzarət İdarəsində icraçı direktor müşaviri.

• HR sahəsi üzrə: Vəfa Əsədova, Azərsun Holding-in Təlim və İnkişaf üzrə baş mütəxəssisi.

Hər bir spiker öz sahəsindəki təcrübələrini bölüşərək iştirakçılara karyera planlaşdırılması, sahə seçimi və peşəkar inkişaf barədə dəyərli məsləhətlər veriblər.

Forum gənclərin gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə və seçdikləri sahənin üstünlükləri və çağırışları haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradıb. İştirakçılar spikerlərlə canlı ünsiyyət quraraq öz suallarını veriblər və ətraflı cavablar alıblar.

Tədbirə yüzdən çox tələbə qatılıb. Forumun sonunda iştirakçılar öz fikirlərini bölüşərək tədbirin onlar üçün çox faydalı olduğunu vurğulayıblar. Təşkilatçılar belə layihələrin davamlı olacağını və gənclərin inkişafına dəstək göstərmək üçün daha çox imkanlar yaradacaqlarını bildiriblər.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

“Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu “Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu “Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu “Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu “Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu “Karyerada Peşəkarlıq” Forumu gənclərin gələcəyini işıqlandırmaqda uğurlu bir addım oldu

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
18:53
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
18:39
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
18:20
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.