15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib

Bakıda Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan, xeyriyyəçi Hacı Zeynabdin Tağıyevin həyat hekayəsindən bəhs edən “Tağıyev” adlı sənədli film nümayiş etdirilib.

25 Yanvar 2025 00:19
Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib

BAKI, AzerVoice

Bakıda Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan, xeyriyyəçi Hacı Zeynabdin Tağıyevin həyat hekayəsindən bəhs edən “Tağıyev” adlı sənədli film nümayiş etdirilib.

AzerVoice xəbər verir ki, film Nizami kino mərkəzində, geniş tamaşaçı kütləsinə nümayiş etdirilib.

Tağıyevin həyatından bəhs edən film, Azərbaycanın xeyriyyə qurumu Damla İctimai Birliyi və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) spronsorluğu ilə, Rumman Yapım studiosu tərəfindən çəkilib.

Filmin spronsorlarından olan Damla İctimai Birliyinin sədri Nigar Abdullayeva Hacı Zeynabdin Tağıyevin həyatını hər kəsin bilməsinin vacib olduğunu bildirib.

“Tağıyev Azərbaycanın iqtisadi, mədəni və sosial inkişafına mühüm töhfələr verən şəxslərdən biridir. O, Azərbaycanda bir çox məktəb, xəstəxana, kitabxana və infrastruktur layihələrinin yaradılmasını maliyyələşdirib. Tağıyev qadınların təhsil almasına hər zaman diqqət yetirib”-deyə N.Abdullayeva bildirib.

Onun sözlərinə görə, Tağıyevin həyatı həm Azərbaycanda, həm də dünya miqyasında uğur və xeyirxahlıq nümunəsi kimi qəbul edilir.

“Bütün bunlarla yanaşı, Tağıyevin adı bu gün də hörmətlə yad olunur və Azərbaycanda bir çox məktəb, küçə və obyekt onun adını daşıyır. Tağıyev nəinki Azərbaycanın, bütün Türk dünyasının mühüm şəxsiyyətlərindən biri idi, xeyriyyəçilik və humanitar yardım sahəsindəki fəaliyyətləri ilə millətlərimiz arasında dərin bir bağ yaratmışdır. O, yalnız Azərbaycanın inkişafına deyil, həm də təhsil, səhiyyə və sosial rifah sahələrindəki qabaqcıl fəaliyyəti ilə Türk dünyasının ortaq dəyərlərindən birinə çevrilmişdir. Xüsusilə yoxsulluqla mübarizə, təhsil müəssisələrinə dəstəyi və sosial məsuliyyət layihələri ilə cəmiyyətin hər təbəqəsinə fayda vermişdir.Tağıyevin bu dəyərli töhfələrini gələcək nəsillərə çatdırmaq və onun xatirəsini yaşatmaq məqsədilə Türkiyədə rəsmi fəaliyyət göstərən tərəfdaşımız İHH İnsani Yardım Vaqfı ilə birlikdə təşəbbüsümüzlə sənədli film çəkildi. Sözügedən sənədli film, Tağıyevin humanitar yardıma töhfələrini, təhsil və milli şüurun artırılmasındakı rolunu vurğulayaraq tamaşaçılara ilham verməyi hədəfləyir”- deyə N.Abdullayeva bildirib.

Zeynalabdin Tağıyev, xalqı üçün çalışan, maarifləndirməni və insanlara kömək etməyi həyatının əsas məqsədi seçən nadir şəxsiyyətlərdən biridir.

Filmin hazırlanmasının ideya müəllifi və eləcə də məsləhətçisi olan və Türkiyədə yaşayan həmvətənimiz Yavuz Kərimoğlu filmdə olduqca önəmli məqamlara toxunduğunu qeyd edib.

“Azərbaycan,Türkiyə və eləcə də bütün Türk dünyasının önəmli fiqurlarından biri olan Hacı Zeynabdin Tağıyev haqqında filmlərin çəkilməsinə olduqca böyük ehtiyac var. Heç şühbəsiz Tağıyevi Azərbaycanda hər kəs tanıyır və sevir. ” –deyə bildirib.
O qeyd edib ki, təssüflər olsun ki, Hacı Zeynabdin Tağıyevin türkdilli ölkələrdə və eləcə də qardaş Türkiyədə bir o qədər də tanınmır.

“Tağıyevin Azərbaycan – Türkiyə ( Osmanlı) münasibətlərində də əvəzsiz rolu olmuşdur. Filmdə də bu məsələyə diqqət yerilməsi ilə yanaşı, bu dahi şəxsiyyətin Osmanlı əsirlərini ruslardan azad edərək öz vətənlərinə göndərilməsinə yardım etməsi kimi məsələrə toxunulmuşdur. Bilindiyi kimi Osmanlı hökmdarı Sultan Əbdulhəmid Tağıyevi bu nəcib işlərinə görə, medal və ordenlə təltif edib.

“ Biz də Türkiyədə yaşayan azərbaycanlıların disaspora qurumlarından biri - “Azərbaycan Ocaq cəmiyyəti” olaraq filmin ərsəyə gəlməsində əlimizdən gələni etməyə çalışdıq. Tağıyev Türk dünyasının ortaq dəyəridir. Hesab edirəm ki, bu kimi dahi şəxslər haqqında filmlər çəkilməlidir ” – deyə Y.Kərimoğlu əlavə edib.

O bildirib ki, film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib
Məqalədə: #Hacı Zeynalabdin Tağıyev

Mövzu üzrə digər xəbərlər

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Maraqlı faktlar

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı

15:00
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12

Son Xəbərlər

İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
22:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.