5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xankəndi, Ağdərə və Xocalıda yaradılan Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlı tapşırıqlar verilib

22 Aprel 2024 11:51
Xankəndi, Ağdərə və Xocalıda yaradılan Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlı tapşırıqlar verilib

Bakı. AzerVoice:

Hökumət Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

AzerVoice xəbər verir ki, bu, Nazirlər Kabinetinin "“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində onun nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xankəndi, Ağdərə və Xocalıda yaradılan Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlı tapşırıqlar verilib
Məqalədə: #Xocalı #Ağdərə #Xankəndi

Mövzu üzrə digər xəbərlər

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
Siyasət

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

3 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

29 İyun 21:13
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar
Cəmiyyət

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

17 İyun 16:06
Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev
Siyasət

Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

1 May 20:49

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.