“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
“Türk Dünyası Həftəsi” çərçivəsində Xankəndi Bəyannaməsi qəbul edilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.
Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev
Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik.
Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev
Bu səfərimiz diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə 21-ci səfəridir.
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
İşğal dövrünün acı təcrübələrindən, nəticələrindən biri məhz itkin düşmüş şəxslər məsələsidir.
İşğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır - Hikmət Hacıyev
Bu səfərimiz diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə 21-ci səfəridir.
Qafqazda yeni status-kvo formalaşır - Hikmət Hacıyev
Regionda geosiyasi proseslər yeni mərhələyə daxil olur
Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq - Hikmət Hacıyev
Bütün tərəfdaşları sülh gündəliyinə dəstək olmağa çağırırıq
Xankəndini daha yaxından tanımaq istəyirik -NomadMania-nın təsisçisi
"Qarabağa üç dəfə səfər etmişəm, sabah yenidən gedəcəyəm və bu, dördüncü səfərim olacaq.
Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində Universitetin müəllim-tələbə heyətinin və media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar. Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir
Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumuna start verilib. Forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.